Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Neft erası bitdi, ümid qaldı qoz-fındığa, “qara qızılın” gəlirlərini nə əvəzləyəcək?

05.03.2020 11:35

Dünyada baş verən iqtisadi proseslərdən sonra neftin qiyməti 55 dollara qədər düşüb. Artıq post neft dövrü yaşanır.

Об этом сообщает Руспрес

Neft erasının başa çatdığını ötən həftə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “SOCAR Polymer”in imkanlarının sahibkarlara təqdim edilməsi ilə bağlı işgüzar görüşdə çıxış edən Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib:

“Alternativ enerjinin payı dayanmadan artmaqdadır. Artıq 40-50 ildən sonra neftə olan tələbat azalacaq. Bu səbəbdən də kimya sənayesinin inkişafına böyük önəm verilməlidir. Azərbaycan kimyasının gələcəyi perspektivlidir. Bu səbəbdən də sahibkarları kimya sənayesində reallaşdırılan layihələrdə yaxından iştirak etməyə dəvət edirəm”

Neft erası başa çatır, Azərbaycan qeyri neft sektorunda hansı sahələri inkişaf etdirməlidir ki, neftdən gələn gəlirləri kompensasiya edə bilsin.

Məsələ ilə əlaqədar A24.Az-a açıqlama verən iqtisadçı ekspert Azər Mehdiyev bildirib ki, Azərbaycanın 2008-2014-cü illərdəki neftdən əldə etdiyi gəlirləri yenidən əldə edəcəyi real görünmür:

“Artıq neft erası da öz dövrünü başa vurdu. İndiki mərhələdə Azərbaycan neftdən bir resurs olaraq, müəyyən gəlir əldə edəcək ancaq heç vaxt ölkə iqtisadiyyatının artımı təmin edəcək səviyyədə olmayacaq. O baxımdan ki, neft sektorunun inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi həyati məsələdir”.

Ekspertin sözlərinə görə, qeyri neft sektorunun inkişafı üçün çox ciddi islahatlara ehtiyac var:

“Təəssüf ki, bu gün atılan addımlar, qeyri neft sektorun inkişafı üçün yetərli olmayacaq. Ona görə ki, kökumət ayrı-ayrı sahələrdə  müəyyən az vəsait hesabına əmələ gələn müəssisələr tikmək istəyirsə, bu baş tutan bir şey deyil. Çünki qeyri neft sektorunun inkişafı və onun davamlı inkişafının bazası olmaq üçün ölkədə ciddi bir rəqabət mühiti formalaşmalıdır, azad sahibkarlıq mühiti yaradılmalıdır ki, bu istiqamətədə daha çox təşəbbüs göstərən insanlar fəaliyyət göstərə bilsinlər”.

A.Mehdiyev əlavə edir ki, bunun üçün də təşəbbüskarlıq mərhələsində bu insanlara hökmən dəstək lazımdır:

“Söhbət yalnız xaricdən gələn məhsulların yalnız qarşısnı almaqla daxili istehsalı qorumaq adı altında xaricdən gələn məhsullara yüksək qiymət qoymaqla bu heç də rəqabəti stimullaşdırmır. Bu bir müddət ola bilər ki, istehsalın inkişafına dəstək versin. Ancaq sonrakı mərhələdə daxili bazarda ciddi bir problem yarada bilər”.

“Bu addımla işlərini yekunlaşdırmamalı, eyni zamanda ölkədə azad sahibkarlıq üçün daha geniş imkanlar yaradılmalıdır. Diqqətdə saxlamaq lazımdır ki, hər hansı bir məhsulu ölkə daxilində istehsal olunursa, onu o biri müəssisə istehsal edirsə, mütləq əhaliyə bu məhsulu aldırmaq heç də müasir bazar prinsiplərinə uyğun deyil”, – deyə ekspert vurğulayıb.

İqtisadçının fikrincə, ölkədə eyni məhsulu istehsal edən çox sayda istehsalçılar  olmalıdır:

“Çünki öz məhsullarımız xaricdən gələn məhsullarla rəqabət apara bilməlidir ki, biz hesab edək ki, artıq qeyri-neft sektoru inkişaf edir. Ən azı ölkəyə idxal olunan məhsulu əvəz edə bilir. Ancaq neftin əvvəlki gəlirlərini əldə etmək üçün iqtisadiyyat ciddi bir sənaye sahələrinə malik olmalıdır ki, öz məhsulunu xaricə ixrac edib, dollar gətirsin. İndi atılan addımlar isə bunun üçün yetərli deyil”.

“Ona görə ki, bu cür rəqabətli inkişaf ölkədəki təhsil sisteminin yenidən qurulmasını tələb edir. Azərbaycan təhsilinin bugünkü günü isə rəqabətli sahələrin formalaşmasına imkan vermir. Müasir dünyada ən böyük gəlir gətirən sahə texnologiya sahəsidir. Bugünkü təshil səviyyəsindən bu sahəyə girmək sadəcə bizim üçün əl çatmazdır. O baxımdan hər cür islahatların kökündə və başında mütləq təhsil islahatları dayanmalıdır”, – deyə A.Mehdiyev bildirib.

Ekspert xüsusi vurğulayır ki, dövlət məmurlarının sahibkarlıqla məşğul olmasının qarşı alınmalıdır:

“İkinci tərəfdən isə bayaq vurğuladığım kimi sahibkarlıq mühitinin ciddi şəkildə dəyişdirilməsinə xüsusilə yüksək səviyyəli dövlət məmurlarının  sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının qarşısı qəti şəkil alınmalıdır. İnhisarçııq aradan qalxsın rəqabət mühiti formalaşsın. Məhkəmə sisteminin müstəqilliyi təmin edilməlidir”.

“Bunlara elə şərtlərdir ki, bu problemlər təmin olunmadan hər hansı rəqabətli mühitin formalaşmasından və azad sahibkarlıqdan danışmaq olmaz. Eyni zamanda əks mərkəzləşmə islahatları getməldir”, – deyə iqtisadçı söyləyib.

Azər Mehdiyev sonda qeyd edir ki,  rayon icra başçılarından bölgəyə investisiya qoyulmasını tələb edirlər:

“Bu iş rayon icra hakimiyyətlərinin bacaracağı iş deyil. Bunun üçün bölgələrin müstəqil qərar qəbul etməyə qadirolacaq qurumları olmalıdır. Bu işdə yerli özünü idarələrin möhkəmləndirilməsindən, o istiqamətlərindən islahatların aparılmasından söhbət gedir. Bu cür kompleks islahatlar olmasa, qeyri-neft sektorunun inkişafında hansısa texnoparkların, sənaye müəssisələrinin  yaradılması qısa bir müddət üçün, davamı olmayan nəticələrə gətirib çıxara bilər”.

Orxan