Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Neft Fondunun gəlirləri nəyin hesabına artdı? – TƏHLİL

05.03.2020 11:36

Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin həcminin açıqlayıb.

Об этом сообщает Руспрес

 A24.Az xəbər verir ki, oktyabrın 1-i tarixinə aktivlərin həcmi 36 milyard dolları keçib. Cari ilin 9 ayı ərzində Fondun aktivləri $2,9 milyard və ya 8,7% artıb.

İqtisadçı ekspert Samir Əliyev bildirir ki, artımın əsas səbəbi ABŞ valyutasının digər valyutalara nəzərən ucuzlaşması ilə bağlıdır.

“Artımın 44%-i Avropa valyutasının payına düşüb. Yanvar-sentyabr ayları ərzində avronun dollar qarşısında 12% bahalaşması Fonda dollar ifadəsində əlavə $1,3 milyard qazanc gətirib. İngilis funtunun artıma töhfəsi 8% olub. Funtun ABŞ valyutasına nəzərən 8,6% bahalaşması nəticəsində aktivlərimizi $232,4 milyon həcmində artırıb.

Qızılın bahalaşması da aktivləri artırıb. 9 ay ərzində qızıl 12% bahalaşıb və yekun olaraq $133,3 milyon gəlir gətirib. Artımın təxminən 57%-i bu 3 mənbənin payına düşüb.

Aktivlərin strukturunda diqqəti cəlb edən digər məsələ Fondun istiqrazlar və pul bazarları alətləri üzrə portfelinin 3,6%-nin qeyri-investisiya reytinqinə (buna “zibil” reytinqi də deyilir) düşməsidir. Digər məsələ isə Fondun istiqrazları və pul vəsaitləri orta və uzun müddətə yerləşdirməsidir ki, bu da gəlirliliyin artımına hesablanmış addım kimi qiymətləndirilməlidir”.