“Neftçi” klubu ukraynalı futbolçu transfer edir
05.03.2020 11:36Bakının “Neftçi” klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.
B4aş məşqçi futbolçunun adını açıqlamasa da, həftə ərzində keçidin reallaşacağını deyib: “Futbolçunun klubu ilə danışıqlar aparılıb və razılıq əldə olunub. O dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edəcək. Sadəcə münasibətlər rəsmiləşməmiş ad açıqlamaq istəmirəm. Həmin oyunçu bizim Türkiyə toplanışına qoşulacaq”.
Baş məşqçi Azərbaycan millisinin üzvü Pavel Paşayevin də komandanın qış təlim-məşq toplanışına qatılacağını söyləyib: “Pavellə bağlı danışıqlar davam edir. Çox güman ki, Paveli heyətə cəlb edəcəyik. Hələ işlər yekunlaşmayıb, amma futbolçunun transfer vərəqini almaq istəyirik. Böyük ehtimalla o da bizim toplanışımızda iştirak edəcək”.
Qeyd edək ki, “Neftçi” buna qədər Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veriya”, Yunanıstan), Zdenek Folprextlə (“Slovan”, Çexiya – icarə) müqavilə imzalayıb. /report

