Nəhayət! – Edvard Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağını bildirdi
05.03.2020 11:36Bu gün Ermənistan XİN başçısı Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən sensasion bəyanatla çıxış edib.
Об этом сообщает Роспрес
“aysor.am” erməni hökumətyönümlü saytı bildirir ki, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.
“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, – o bildirib.

