Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nəqliyyat Nazirliyi niyə ləğv edildi? – SƏBƏB

05.03.2020 11:36

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov A24.Az-a açıqlama verib. O, qeyd edib ki, Azərbaycanda sosial islahatların davam etdirilir.

“Bu cür kadr islahatları dövlət başçısının Strateji Yol Xəritəsinə əsasən 2017-ci ildən həyata keçirilməyi başlanır. Strateji Yol Xəritəsi çox ciddi bir sənəddir. Bunlar edilməlidir və təbiidir. Müəyyən nazirliklər ləğv edilir, müəyyən nazirliklər birləşir. Nəqliyyat Nazirliyinin son vaxtlar ixtiyarında elə də qurumlar qalmamışdı. Azərbaycanda indiki vəziyyətdə, nazirliklərin ləğvi və birləşdirilməsi sahəsində islahatlar davam edəcək”.

Vüsalə Əlövsətqızı