Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytında qurumun adı niyə səhv yazılıb? – AÇIQLAMA

05.03.2020 11:36

Rəsmi saytlarında qüsurlar olan dövlət qurumları arasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də adı var. Belə ki, rəsmi saytda qurumun adı hələ də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi qeyd olunub. 

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, sözügedən nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan məsələyə münasibət bildirilib. Qeyd olunub ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni saytı istifadəyə veriləcək:

“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “www.mincom.gov.az” saytında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adının dəyişdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi qeyd edilməməsi ilə bağlı məlumatlar yer alır.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Təftiş Komissiyası işini davam etdirir. Hazırda iki nazirliyin birləşmə prosesi aparılır. Yeni yaradılan nazirliyin Əsasnaməsi və Strukturu təsdiq edildikdən sonra nazirliyin yeni yaradılan saytı və domen ünvanı da zəruri dəyişikliklər edilərək ictimaiyyətə təqdim olunacaq.

Hazırda həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı (www.mincom.gov.az) həm də Nəqliyyat Nazirliyinin saytı (www.mot.gov.az) istifadəçilərin ixtiyarındadır. KİV-də qeyd olunanların əksinə olaraq, hər iki saytda ölkə başçısının müvafiq Sərəncamları “Qanunvericilik” bölməsinin “Sərəncamlar” alt bölməsində yerləşdirilib”.
Pərvin Abgül//A24.az