Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nəsirəddin Tusinin əlyazmasının surəti əldə edilib

05.03.2020 11:36

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu böyük Azərbaycan alimi Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin Paris Milli Kitabxanasında saxlanan əlyazmasının surətini əldə edib.

Об этом сообщает Руспрес

AMEA-dan “a24.az”a verilən məlumata görə, bu əsər XIII əsrdə Marağa rəsədxanasında tərtib olunmuş səma cismləri kataloqudur. Bundan başqa, burada dünyanın müxtəlif xalqlarının təqvimləri barədə geniş elmi məlumat verilib. Əsərin bir nüsxəsi də Əlyazmalar İnstitutunda saxlanılır.

“Zici-Elxani”nin Paris Milli Kitabxanasında saxlanan 126 vərəqdən ibarət nüsxəsinin bir sıra vərəqləri pərakəndədir, vaxtı ilə düzgün səhifələnməmişdir. Tarixi qeyd olunmasa da, nüsxənin XV əsrdə köçürüldüyünü söyləmək olar. Əlyazmanın 3-cü vərəqində onun sahibi olmuş Şeyx Məhəmməd İbrahimin qeydi vardır. Həmin vərəqdə nüsxənin Xacə Əsirəddin ibn Xacə Nəsirəddin tərəfindən köçürüldüyü qeyd olunub. Əsər müqəddimə və dörd məqalədən ibarətdir. Hər məqalə bir neçə babdan ibarətdir.

Orta əsr astronomiya elminin inkişafında böyük rol oynamış bu əsərin AMEA-nın Əlyazmalar İnstitutunda saxlanan nüsxəsi 1404-cü ildə köçürülüb.