Netanyahu çıxışında İranı hədələdi: “Bizi hədəf alanı vuracağıq”
05.03.2020 11:36İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə silahına sahib olması və Suriyada yerləşməsinə izin verməyəcəyi ilə bağlı açıqlamalarını yeniləyib.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, açıqlamasında Netanyahu ərəb ölkələri ilə pərdəarxasında yürütdükləri iş birliyinin məhsuldar olduğunu vurğulayıb.
Kim bizi hədəf alarsa, onu vuracağıq…
İsrailin qurucusu David Ben Gurionun 44-cü ildönümü münasibətiylə Qərbi Qüdsdə keçirilən mərasimdə çıxış edən İsrailin baş naziri “kim bizi hədəf alsa, onu vuracağıq. Hər kim ki, bizi yenidən soyqırıma məruz qoymağa çalışsa, həyatını təhlükəyə atar” deyib.
Netanyahu İranın nüvə proqramına və Suriyadakı varlığı ilə bağlı “dəfələrlə İranın nüvə silahı istehsal etməsinə izin verməyəcəyimizi bildirdik. Eyni zamanda İran qüvvələrinin sərhədlərimizə yaxın və ya Suriyanın hər hansı yerində yerləşməsinə də icazə verməyəcəyik” deyə çıxış edib.
İsrailin ərəb ölkələri ilə əlaqələrinə də toxunan Netanyahu “ərəb ölkələri ilə məhsuldar iş birliyimiz gizli saxlanmaqdadır. Bu münasibətlərimizin daha da möhkəmlənəcəyinə və sülh əlaqələrini genişləndirəcək olan meyvələrini verəcəyinə də inanırıq. Bu, axır-əvvəl olacaq, çünki pərdə arxasında gedən proseslər budur” ifadələrini işlədib.
Netanyahu İsrailə qeyri-qanuni yolla daxil olan afrikalı miqrantlarla bağlı “Misir sərhəddi boyunca inşa etdiyimiz divar Nəsəf çölü və ölkəmizə girən bütün qeyri-qanuni yolların qarşısını alıb. Ölkəmizə qanunsuz yolla daxil olanları da çıxarmaq üçün israr etməkdə davam edəcəyik” deyib.
Firuzə Alimova / A24.az

