Nəyə görə qasırğalara qadın adı verilir? – SƏBƏBİ
05.03.2020 11:36İrina, Katrina, Sandi, İrma bütün bunlar Amerikada yaranan və tuğyan edən qasırğaların adıdır.
Об этом сообщает Футляр от виолончели
Qasırğalara nəyə görə qadın adları verilir? A24.Az olaraq bunun təsadüfən olub-olmadığından yazacayıq.
Qasırğalar 1950-ci ilədək adlandırılmayıb. Amerikada qasırğaları bir-birindən ayırmaq üçün adlar veriblər. İkinci Dünya müharibəsindən sonra alimlər Avstraliyada qasırğalara sevgililərinin adlarını veriblər.
Amerikada şiddətli qasırğalar olduğundan və qadın adları qoyulduqdan sonra bu məsələ ciddiyyətə minib. Meteoroloqlar bunun səbəbini isə belə açıqlayıblar: “Qadınları da təxmin etmək və kəşf etmək çox çətindi, nə zaman nə qədər zərər verəcəkləri bəlli deyil?”
Uzun müddət qasırğalara qadın adlarının verilmə prosesi davam edib. 1978-ci ildə feminist qruplar etiraz etməyə başlayırlar və qasırğaya kişi adları da verilməyə başlanır. Baş hərfi q, u, x, y, z istisna olmaqla, 1 il ərzində 21-dən çox qasırğa olarsa, onların ən güclülərini adlandırmaq üçün yunan əlifbasındakı hərflərdən istifadə edilir. Yəni bu qasırğaların çoxuna əvvəlcədən ad hesablanıb. Dünya meteoroloji təşkilatı 6 illik qasırğaların adlarının siyahısını öncədən hazırlayır.
Qadın adlarının qasırğalara dalbadal verilməsi isə təsadüfdür. Ən şiddətli qasırğaların adları təsadüfən siyahıdakı adlara dəng gəldiyi üçün insanlarda yanlış təffəkkür formalaşıb. Məsələn, 2023-cü ildə 2017-ci ildəki qasırğaların adları yenidən istifadə edilə biləcək.
Yeri gəlmişkən, gələcəkdə qasırğalara veriləcək adları bu linkdən görə bilərsiniz.
Vüsalə Əlövsətqızı

