Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Niderlan-Türkiyə münasibətləri gərginləşir: “Bu dəfə Niderland polisi türk nazirin avtomobilini saxladı”

05.03.2020 11:36

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobilinin Niderland polisi tərəfindən saxlanılıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bunu Türkiyənin Rotterdamdakı baş konsulu Sadin Ayyıldız bildirib.

Baş konsulun sözlərinə görə, nazir Fatma Betül Kayanın avtomobili Niderland polisi tərəfindən saxlanılaraq Baş Konsulluğa getməsinə imkan verilməyib. Sadin Ayyıldız özünün də nazirin yanına buraxılmadığını qeyd edib.

Baş konsul hazırda nazirin harada olduğundan xəbərsiz olduğunu, özünün isə konsuluğu tərk etməsinə icazə verilmədiyini bildirib.

Bundan əlavə, nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən “Anadolu” və TRT-nin jurnalistləri polis tərəfindən saxlanılaraq sənədləri yoxlanılıb.