Niderlandda soyuq silahla iki hücum nəticəsində ölənlər və yaralananlar var
05.03.2020 11:36Niderlandın Maastrixt şəhərində baş verən iki hücum nəticəsində bir nəfər öldürülüb, daha bir neçə nəfər yaralanıb.
Об этом сообщает Руспрес
A24.az “Report”-a istinadən xəbər verir ki, polis hələ ki, iki hadisə arasında əlaqənin olub-olmadığı barədə açıqlama verməyib. Məlumata görə, hücumlar zamanı bıçaqdan istifadə olunub.
Birinci hücum Botsaartstraat küçəsi ərazisində, ikincisi isə onun yaxınlığında – Joseph Postmesstraat küçəsində qeydə alınıb.

