Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nigeriya kanalında Azərbaycan dolması bişirildi

05.03.2020 11:37

Nigeriyanın STV telekanalında məşhur aparıcı Gina Ehikodinin “Foodies & Spice” yemək verilişində Azərbaycan mətbəxindən bəhs edilib.

Об этом сообщает Руспрес

A24.Az AzərTac-a istinadən xəbərinə görə, verilişin qonağı, Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova tamaşaçılara dolmanın hazırlanma qaydasından danışıb. O, aparıcıya yarpaq dolmasının içliyində istifadə olunan inqrediyentləri, hazırlama özəlliyi, dolmanın süfrəyə verilmə qaydasını izah edib.

Həmyerlimiz veriliş boyu həmçinin, Azərbaycan tarixi, musiqisi, mətbəxi, mədəniyyəti haqqında məlumat verib.

Aparıcı Gina Ehikodi verilişdə silsilə olaraq Azərbaycan mətbəxinin yeməklərinin təqdim ediləcəyi barədə məlumat verib.

Qeyd edək ki, məşhur aparıcı Gina Ehikodinin “Foodies & Spice” yemək verilişi şənbə günləri Nigeriyanın WAPTV, RAVE TV, TVC telekanalları ilə də canlı yayımlanır.