Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nihat Doğan verilişdə azərbaycanlıya hirsləndi: “Nə fərqi var azəri, ya da azərbaycanlı…” – VİDEO

05.03.2020 11:37

Türkiyədə yayımlanan “Söylemezsem olmaz” verilişində tanınmış müğənni Nihat Doğan şərh yazan azərbaycanlıya hirslənib.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, verilişin əvvəlində Azərbaycan xalqının qonaqpərvərliyini, insanları sevindirmək üçün hədiyyə etmələrini təfirləyən Nihat Doğan azərbaycanlılara “azəri” deyə müraciət edib.

Daha sonra verilişin davamında sosial səhifəsinə gələn şərhi oxuyan Nihat Doğan bərk əsəbləşib:

“Azərbaycandan bir qardaşımız yazıb. O termini sənə heç yaraşdırmadım, çox ayıb olsun. Biz Azərbaycana dəyər verdik, 10 dəqiqədir Azərbaycandan, insanlarının gözəlliyindən danışırıq. Bir az gözəl şeylər görün, pis şeyləri görməyi buraxın. Hər şeydən bir şey çıxartmayın. “Allah razı olsun, nə gözəl danışdın” deyin. Yoxsa “Nihat qardaş, bizə azəri deməyin, biz azəri deyilik…” Nə fərqi var, azəri, ya da azərbaycanlı olsan?!”

Saytımız Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

Firuzə Alimova / MTM