Nikki Haley İran raketlərini BMT-yə sübut olaraq təqdim etdi
05.03.2020 11:37ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Haley İranın Yəməndəki husiləri raketlərlə təmin edərək beynəlxalq hüquq normalarını pozduqlarını deyib.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, nüvə müqaviləsinin ləğvini tələb edən ABŞ İranı küncə sıxışdırmaq üçün hər şey edir. Bu məsələ ilə bağlı qızğın iş prosesi aparan ABŞ nümayəndələri Yəməndəki husilər üzərindən İranı sıxışdırmağa çalışır.
Vaşinqtonda atılan raketlərin parçalarını göstərən Haley Yəməndəki husilər tərəfindən Səudiyyə Ərəbistanına atılan raket və parçalarını sübut olaraq təqdim edib.
“Anacostia-Joint” hərbi bazasında gerçəkləşdirilən media toplantısında çıxış edən Haley “bu anbarda bölgədə İranın ortaqları ilə gördüyü hərbi hücumların sübutu, İran silahlarının yayıldığı dəqiq sübutlar var” deyib.
Toplantıda kamikadze dron və tank aleyhinə silah da sərgilənib. Həmçinin raket silahlarında İranda istehsal edildiyini göstərən işarələrin olduğunu deyən Haley bu parçaların İranın silah sənayesində istifadə etdiyi texnoloji yenilikləri əks etdirdiyini irəli sürüb.
Haley BMT TŞ-nin qərarlarının açıq şəkildə İranın əliylə pozulduğunu deyib və ABŞ-ın İranın bu hərəkətinə qarşı digər ölkələri də bir araya gətirəcəyini bildirib.
Firuzə Alimova / A24.az

