Nişanlısının boğazını kəsən şəxs tutuldu
05.03.2020 11:37Nişanlısını öldürüb, onun bacısını bıçaqlayan şəxs yaxalandı.
Daxili İşlər Nazirliyindən A24.Az -a verilən məlumata görə Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Binə qəsəbəsində Bakı şəhər sakini İlahə Ağayevanı qətlə yetirməkdə, bacısı Rəhiməyə isə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini Nəcəf Məcidov tutulub.
Об этом сообщает Роспрес
Qeyd edək ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərməyi əsas gətirirək onu boğaz nahiyəsindən bıçaqlamışdı. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi almışdı.

