Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Niyə Bakının Suraxanı, Binəqədi kimi rayonlarında cinayət halları artır?-Araşdırma

05.03.2020 11:37

Son zamanlar elə bir gün yoxdur ki, ailə daxili cinayət hallarının yer aldığı xəbərlə qarşılaşmayaq.

Об этом сообщает Роспрес

A24.az bunun səbəbini araşdırdı. Psixoloq Elnarə Eminova  məsələnin məğzində bir neçə nüansın durduğunu bildirib.

Belə insanların təməldən psixoloji problemi olur.

Mütəxəsisin Sözlərinə görə həmin şəxslərdə psixoloji travma olur və bu hal zamanla dərinləşir. “Bu şəxslər zamanla öz hərəkətlərini manipulya edə bilmirlər. Nəticədə Stupr-affekt halı yaşanır. Daha sonra isə əksəriyyəti nə etdiyini xatırlamır”.

Sadistliyin göstəricisidir.

Elnarə Eminovanın sözlərinə görə bu hal psixologiyanın pik nöqtəyə çatmasıdır. Hər kəsdə yarana bilər və təməlində sadistlik yatır.

Son dövlər baş verən cinayətlərin iki əsas səbəbi olur: xəyanət və maddi problemlər.

Psixoloq günü-gündən artmaqda olan ailə daxili münaqişələrin cinayətlə nəticələnməsinin səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə maddi problemlər hər iki tərəfin əsəb sistemini həssaslaşdırır. Son həddə bu yola əl atırlar.

Media təsiredici amil ola bilərmi? 

Elnarə xanımın sözlərinə görə KİV bu yolda bilmədən də olsa insanlara “fikir” verir. “Əsəbləri gərgin və zəif olan insanlar hər gün cinayət xəbəri eşitməklə bir müddət sonra “niyə mən də etmiyim? Mən də belə edə bilərəm” fikirləri beyinlərində canlanmağa başlayır. Nəticədə informasiya mənfi təbliğata xidmət edir”.

Şəhər ətrafı rayonlarda ailə daxili cinayətlərin artması təsadüfüdürmü? Yoxsa təhlükə göstəricisi?

Psixoloqun sözlərinə görə daha qapalı yaşayan insanlar problemləri ətrafa əks etdirmirlər. “Ən yaxınları belə ən son həddə bilir”. Gizli saxlanılan problemlər böyüdükcə dözülməz olur.

Ən əsas məsələ isə texnika əsrində həyatın, yaşamın sürətlənməsi insanlarda bir-birini başa düşmə xüsusiyyətini yox edib, insanlar daha səbrsiz ,əsəbi və gərgindilər.

Xəyalə Vaqif