2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin səbəbləri
05.03.2020 11:37
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AZTV-nin “Günün nəbzi” analitik informasiya proqramının qonağı olub. A24.Az xəbər verir ki, komitə sədri proqramda 2017-ci ilin Azərbayacan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı fikirlərini bölüşüb. Eyni zamanda “İslam Həmrəyliyi ili” çərçivəsində qarşıda duran vəzifələr, həyata keçiriləcək tədbirlər barədə sualları cavablandırıb.
Komitə sədri bildirib ki, bu gün islam dünyasında həmrəyliyə çox böyük ehtiyac var:
“Bu gün islam dünyası müasir prosesdə çox böyük və vacib yer tutur. Ona görə də, islam dünyasınıda bu həmrəyliyi yaratmaq, müəyyən addımlar atmaq üçün belə bir çağırışın edilməsinə, mesajın verilməsinə böyük ehtiyac var idi. Azərbaycanda 4-cü İslam Oyunlarının keçirilməsi və 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi islam dünyasında problem və çətinliklərin, ayrı-ayrı islam ölkələri arasındakı qarşıdurma və ziddiyətlərin aradan qaldırılması istiqamətində addımların atılması və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək”.
Mübariz Qurbanlı daha sonra dünyadakı əsas qarşıdurmaların niyə məhz islam ölkələrində baş verdiyindən danışıb. Onun sözlərinə görə, islam ölkələri arasında qarşıdurma yaratmaq, məzhəb və təriqət ayrı-seçkiliyi salmaq istəyən xarici qüvvələr olub, var və proses dayanmadan gedəcək:
“Bu gün ölkələr arasında iqtisadi, siyasi müstəvidə rəqabət olduğu kimi sivilizasiyalar, dinlər arasıda da, açıq və ya gizli rəqabət mövcuddur. Bu dinlərin hər biri çalışır ki, onun tərəfdarı çox olsun. Ona görə də, orta çağdan bu tərəfə İslam dininə qarşı müəyyən basqılar olub. Bu gün dünyanın 19% ərazisi islam ölkələrinə məxsusdur. Ancaq tarixə baxsaq, görərik ki, bu ərazi əvvəllər daha çox idi. Bunun əsas səbəblərindən biri islam dünyasının yerləşdiyi coğrafiyanın, islam ölkələrinin təbii sərvətlərlə zəngin olmasıdır. Belə olan halda digər ölkələr bu ərazilərdə hegemonluğa can atır. Statistika göstərir ki, hazırda dünyada olan neft ehtiyatlarının 62%-i, təbii qaz ehtiyatlarının isə 60%-i islam ölkələrinin ərazisindədir”.
Об этом сообщает Руспрес

