Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Niyə həftənin 5 günü, günün 8 saatı işləyirik? – ARAŞDIRMA

05.03.2020 11:37

Bu gün dünyada ən geniş yayılmış standart iş vaxtı həftənin 5 günü, günün 8 saatı müəyyən edilib. Bəs, bu rutin necə və hansı səbəbdən meydana gəlib?

Об этом сообщает Футляр от виолончели

A24.Az bunu sizin üçün araşdırdı:

Bu cür iş rutininin formalaşmasının səbəbi sənaye inqilabıdır.

Sənaye inqilabının ilk illərində şirkətlər və fabrik sahibləri istehsalatdan aldıqları gəliri artırmaq və daha çox qazanc əldə etmək üçün gündoğandan-günbatana qədər işçiləri işlədirdi. İşçilər də saata görə maaşların az olması səbəbi ilə həmin uzun iş saatlarına dözməyə çalışır, hətta uşaqlarını da məktəbə göndərmək yerinə, bu qeyri-insani gedişata uydurmaq məcburiyyətində qalırdı. Bu cür iş rutini həftənin 6 günü 10-18 saat arası idi. Amma bu vəziyyət 19-cu əsrdə dəyişməyə başladı.

Günü üç bərabər hissəyə bölən iş adamı insanları xilas etdi

Gün ərzində 8 saatlıq iş rutinini irəli sürən ilk insan ingilis sahibkar Robert Oven oldu. Onun fikrinə görə, gün 3 bərabər hissəyə bölünməli və işçilərə işləmək və yatmaq üçün bərabər vaxt verilməli idi. Düşüncəsini 1817-ci ildə “8 saat iş, 8 saat əyləncə və 8 saat dincəlmək” kimi şüara çevirərək bütün işçilər üçün bu qaydanı standart hala gətirməyə çalışdı. Amma bu iş üsulunun yayılması üçün zaman lazım idi. İlk vaxtlar fabrik sahibləri 8 saatlıq iş qaydasını qəbul etmək istəmirdi. Amma 19-cu əsrdə başlayan, bir çox fabrik və zavodları əhatə edən etiraz aksiyaları nəticəsində fabrik sahibləri bu rutinə razı olmaq məcburiyyətində qaldı.

1847-ci ildə baş verən üsyanlar nəticəsində qadınlar və uşaqlar üçün günlük iş 10 saat olmaqla, həftədə 60 saat işləmək standart hal aldı. Zaman keçdikcə, işçilər arasında 8 saatlıq iş tələbi artmağa başladı. Bu da fabrik sahiblərinin çətin vəziyyətdə qalmasına və işçilərin tələbi ilə razılaşmasına səbəb oldu. Beləcə, 8 saatlıq iş sistemi 1 may 1886-cı il tarixindən etibarən standart hal almağa başladı.

İş gününü azaldan da (həftənin 5 günü) yenə “Ford Motor Company” oldu

Amma bu qərar sindikatlar tərəfindən qəbul edilmişdi və hökumət, nə də iş verənlər bu qaydanı tanımırdı. Ona görə də 1886-cı il işçi bayramında, 350 000 işçi bu sistemi qəbul etdirmək üçün etirazlara qatıldı. Bu qərarı ilk dəfə tətbiq edən şirkətlərdən biri 1914-cü ildən etibarən işçilərə 8 saatlıq iş rejimini tətbiq edən və maaşlarını iki qat artıran “Ford Motor Company” oldu. Bu qərar əvvəllər digər böyük şirkətlər tərəfindən təccüblə qarşılansa da, illər sonra şirkətin istehsal və qazancının bu sistem vasitəsi ilə artması həmin şirkətlərin də fikrini dəyişdirməyi bacardı. Beləcə bu sistem 1937-ci ildə ABŞ hakimiyyəti tərəfindən qəbul olundu.

Ford şirkətinin 25 sentyabr 1926 –cı ildə qəbul etdiyi qərara görə, iş günlərinin sayı 5-ə endirildi. Beləcə, həftəlik iş saatı da 60 – dan 40 – a endi. Fordun bu qərarı da fərqli etirazlarla qarşılandı. Hətta, bəziləri bu sistemin işçilər arasında spirtli içkilərdən istifadənin artmasına səbəb olacağını da iddia etdi.

Fordun bu qərarı verməsinin səbəbi yalnız işçiləri düşündüyü üçün deyildi. İşçilərin daha çox boş vaxta sahib olması, daha çox alış-veriş edəcəkləri, kapitalist iqtisadiyyatını canlandıracağı və boş zamanlarında ailələri ilə gəzmək üçün maşın alacaqları mənasına gəlirdi. Bundan başqa, iş saatlarından və həyatlarından məmnun olan insanlar işdə daha məhsuldar olacaqdı.

Fordun bu planı da həyata keçdi. Beləcə, həm işçilərinin məhsuldarlığı, həm də şirkətin qazancı ağlagəlməz dərəcədə artdı.

Ford dünyanı xilas etdi, kapitalizmi çiçəkləndirdi

Həmçinin işlədikləri şirkətlərdə iş saatından və maaşlardan narazı olan işçilər də Fordun şirkətinə axın etməyə başladı. Henri Fordun oğlu və daha sonra şirkətin idarəçisi olan Edsel Ford, 1922-ci ilin martında Nyu York Taymsa verdiyi açıqlamada atasının bu istiqamətdəki addımlarını bu cür dəyərləndiririrdi:

“Hər insanın istirahət etmək və əylənmək üçün, həftədə bir gündən artıq vaxta ehtiyacı var. Ford şirkəti bütün işçiləri üçün ideal ailə həyatının lazımlı olduğunu düşünür. Biz insanın xoşbəxt həyat sürməsi üçün ailəsi ilə bol-bol vaxt keçirməli olduğuna inanırıq”.

Beləcə yüz ilə yaxındır ki, hələ də dünyada tətbiq olunan bu iş sistemi formalaşdı.

Əlbəttə həftədə 5 gün (40 saat) işləmək insanın xoşbəxtliyi və sağlamlığı üçün ideal sistem hesab etmək doğru deyil. Amma pis-yaxşı dünyada mövcud quruluşun davam etdirilməsi üçün hələ bir yüz il də bu sistemin davam edəcəyi düşünülür. Hər şeyə rəğmən, insanın sevdiyi işdə çalışması onu daha xoşbəxt və iş mühitində məhsuldar olmasına səbəb olan əsas amildir.

Natəvan  Abdulla