Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Niyə Mərkəzi Asiyanın üç ölkəsinin lideri Azərbaycana gəlir? – AÇIQLAMA

05.03.2020 11:37

Məlumat verdiyimiz kimi dekabrın 1-i Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşüb.

Об этом сообщает Футляр от виолончели

Qeyd edək ki, yaxın vaxtlarda Azərbaycan prezidentinin Mərkəzi Asiya ölkələrindən daha ikisinin – Hindistan və Pakistan prezidentləri ilə görüşü planlaşdırılıb.

Üç Mərkəzi Asiya ölkəsinin Azərbaycana səfərinin məqsədləri haqda “A24.az”a açıqlama verən politoloq Fikrət Sadıqov bunu Azərbaycanın regionda önəmli bir yer tutması ilə əlaqələndirib:

“Əvvəla onu qeyd edək ki, Azərbaycan Mərkəzi Asiyada önəmli bir ölkəyə çevrilib. Çünki Cənubi Qafqaz regionunda Azərbaycanın yeri kifayət qədər yüksəkdir. Müxtəlif layihələr, çoxtərəfli münasibətlər, layihələrin üçtərəfli və ya ikitərəfli layihələrə bir sıra dövlətlərin qoşulması, o cümlədən Mərkəzi Asiya dövlətlərinin burda iştirakı təbii ki, Azərbaycanı bu ölkələr üçün cəlbedici bir ölkəyə çevirir. Əlbəttə bizim üçün də bu region olduqca önəmlidir. Sirr deyil ki, biz Əfqanıstana NATO çərçivəsində yardım edirik və bunu hava dəhlizi ilə həyata keçiririk. Bizim sülhməramlılarımız da koalisiya çərçivəsində Əfqanıstandadır. Bu özü Əfqanıstan hökuməti tərəfindən yüksək qiymətləndirilir.

Digər tərəfdən bizim Pakistanla da münasibətlərimiz kifayət qədər yaxşıdır. Bizim siyasi və iqtisadi əlaqələrimiz çox yaxşıdır. Bu yaxınlarda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərin üçtərəfli görüşü keçirildi. Yekun bəyənnamə qəbul olundu, orda bizim bir çox münasibətlərimizin bəzi məqamları öz əksini tapıb.

Qarabağ məsələsinə gəldikdə, həm Türkiyə xarici işlər naziri, həm də Pakistan xarici işlər naziri üçtərəfli görüşdə bununla bağlı öz fikirlərini bildirdilər. Bir faktı xatırlatmaq istəyirəm ki, nə Pakistan, nə də Türkiyə Ermənistanla diplomatik münasibətlər qurmayıb. Onların Ermənistanla heç bir əlaqələri yoxdur. Bu bizim üçün çox önəmli bir amildir. Çünki başa düşürlər ki, Ermənistan işğalçı dövlətdir və beynəlxaql hüquq normalarına əməl etmək istəmir.  Digər tərəfdən Türkiyə dövlət başçısı Putinlə görüşəndə Dağlıq Qarabağ məsələsini müzakirə edib. Bildrdi ki, Rusiyadan çox şey asılıdır, bir çox məsələlər Rusiyanın  səlahiyyətindədir. Pakistan da Azərbaycana yaxın dövlət və bizi hərbi texnika ilə təmin edən bir ölkə kimi  başa düşür ki, biz öz torpaqlarımızı azad etməliyik.

Mən düşünürəm ki, bizim bu ölkələrlə münasibətlərimiz bundan sonra da inkişaf edəcək, bu perspektivli və hər dövlət üçün önəmli bir müsbət nəticə verəcək”.

Firuzə Alimova / A24.az