Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nizami kinoteatrında oğurluq: qadının 9 minlik üzüyü yoxa çıxdı

05.03.2020 11:37

Bakının Nəsimi rayonunda yerləşən Nizami Kino Mərkəzində film izləməyə gələn qadının 9000 manatlıq brilyant üzüyü oğurlanıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız “report”a istinadən xəbər verir ki, bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkən özü məlumat verib.

Belə ki, A.Məmmədova adlı şəxs kino mərkəzinin sanitar qovşağında əlini yuyarkən uzüyünü çıxararaq kranın yanına qoyub. Geri qayıdanda isə üzüyünün orada olmadığını görüb.

Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.