Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nobel Sülh Mükafatı Komitəsi: Myanmanın dövlət katibinin mükafatı geri alınmayacaq

05.03.2020 11:37

Myanmanın dövlət katibi Aunq San Su Ci “Nobel” sülh mükafatından məhrum edilməyəcək.

Об этом сообщает Роспрес

A24.Az “Report”a xəbər verir ki, bunu Nobel Sülh Mükafatı Komitəsinin mətbuat katibi Olan Nyolstad bildirib.

O deyib ki, Myanmada Rohinca müsəlmanlarının buddistlər tərəfindən kütləvi şəkildə öldürülməsinə və buna görə Aunq San Su Ciyə göstərilən təzyiqlərə baxmayaraq, onun “Nobel” mükafatı geri alınmayacaq.

Qeyd edək ki, uzun müddət müxalifətdə olan və ev dustaqlığında yaşayan Aunq San Su Ci 1991-ci ildə “Nobel” sülh mükafatına layiq görülüb. 2016-cı ildə Aunq San Su Ci hakimiyyətə gələndən sonra Arakan ştatında yaşayan müsəlmanlarla buddistlər arasındakı qarşıdurmalar daha da şiddətlənib. 100 mindən artıq müsəlman doğma yurdlarını tərk edərək qonşu Banqladeşə sığınıb.