Novruz Məmmədov “Euronews” kanalını günahlandırdı
05.03.2020 11:37“Euronews bir neçə gün bundan əvvəl Myanmada baş verən hadisələri “müasir zamanın ən böyük qaçqın böhranı” adlandırdı. Bu çox yaxşıdır və düzdür”.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.
“Amma Avropada özlərini ən çox baxılan, tarazlı, neytral, müstəqil və ədalətli hesab edən kanal Azərbaycanda 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində baş vermiş qaçqın böhranı (bir milyondan artıq insan) haqda bir dəfə də olsun belə fikir söyləməyib”, – deyə N.Məmmədov vurğulayıb.
Elvin Paşazadə

