Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Novruzu ölkəmizdə bayram edən əcnəbilər çoxalıb – Bəs siz Yazı harda qarşılayacaqsınız?

05.03.2020 11:37

Novruzda hara gedək? Maraqlı sualdır, amma 9 gün harda istirahət edəcəyini hələ də fikirləşməmisən?

Об этом сообщает Футляр от виолончели

Artıq üzümüzə gələn həftə Yaz bayramımız olan Novruzu qeyd edəcəyik. Milli adət-ənənəmizi özündə birləşdirən bayramı ailəsi ilə birlikdə evində qeyd edənlərlə birlikdə ölkə xaricinə səyahətə gedənlər də var. Hər bayram tətilində istirahətini xüsusi keçirtmək istəyənlərin sayı ölkəmizdə get gedə artıb. Bu göstəricini “A24.az”a sorğu apardığımız turizm agentlikləri də təsdiqlədi. Hətta agentliklər bildirdi ki, Novruz kimi milli bayramda ölkə daxilində ailəsi ilə birlikdə istirahət edənlər daha çoxdur.

“InTravel” son iki gündür sifarişlərin artdığını və artıq yerlərin dolduğunu bildirdi: “Ölkə daxili turizmdə Quba, Qəbələ, Gəncə, Mingəçevir, Şamaxı istiqamətində edilən müraciətlər daha çoxluq təşkil edilir. Ölkə xaricinə gələndə isə Azərbaycan vətəndaşlarının əksəriyyəti Türkiyə və Dubaya gedir. Lakin aralarında Almaniyaya, Macarıstana gedənlər də var”.

“Alba Travel” agentliyi Novruz bayramında qeyri-iş günlərinin sayı çox olduğu üçün bu ayda səyahətə çıxanların çox olduğunu xüsusi qeyd etdi. “Şahdağ” və “Tufandağ” istirahət komplekslərinə görə Qusar və Qəbələni seçənlərin həddən artıq çox olduğunu deyən turizm agenti ailəvi şəkildə sadəcə oteldə istirahət etmək istəyənlərin də az olmadığını bildirdi. Ölkə xaricinə gedənlərə gəldikdə isə Səidə xanım “Türkiyə və Dubayla yanaşı, Avropa və Asiya ölkələrinə üz tutanlar, Sinqapuru, Balini, Taylandı seçənlər də var. Amma Yeni illə müqayisədə Novruz bayramında istirahətə gedənlər daha çox olur”.

“Baku Holiday Travel” artıq bütün yerlərin çoxdan sifariş olunduğunu, aralarında bəzi tur-paketlərin hələ də müştəri gözlədiyini belə qeyd etdi: “Bəzi otellər var ki, onlar Novruz paketi hazırlayıblar. Bunlara, məsələn: Quba Rixos, Şamaxı Palace kimi otellər daxildir. Lakin başqa otellərimiz də var, sadəcə həmin yerlər çoxdan tutulub. Və turlarımız var. “Quba-Qusar Ləzzət Turu” Novruz bayramı ilə əlaqədar təşkil olunub”.

“Air Travel” isə digər agentliklərdən fərqli olaraq xarici müştərilərinin daha çox olduğunu bildirdi: “Bilirsiz, ötən illərlə müqayisədə bu il ölkəmizdə istirahət etmək istəyən əcnəbilərin sayı həddən artıq çoxalıb. Ölkəmizi qarış-qarış gəzib dolaşmaq istəyənlər isə rus, iran və ərəblərdir”.

Firuzə Alimova…