Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Nuranə Həsənovanın cənazəsi Bakıya göndəriləcək” – Konsulluq

05.03.2020 11:38

İstanbulda gecə klubuna hücum zamanı öldürülən Nuranə Həsənovanın cənazəsi Azərbaycana göndəriləcək.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bu barədə APA-ya Rusiyanın İstanbuldakı Baş konsulluğundan bildirilib.
Qeyd edək ki, əslən azərbaycanlı olan N. Həsənova Rusiya  vətəndaşıdır.

Konsulluğun əməkdaşı Sergey Romanov cənazənin Bakıya  göndərilməsi üçün lazımi sənədlərin hazırlandığını bildirib:

“Xarici vətəndaşların dəfn mərasimi xidmətləri ilə məşğul olan şirkət müvafiq sənədləri hazırlayacaq. Yerdə qalan sənədlər konsulluqda hazırlanacaq”.

S. Romanov qeyd edib ki, sənədlər hazır olan kimi cənazə təyyarə ilə Azərbaycana göndəriləcək.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında   Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.