Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nursultan Nazarbayev qazax dilinin latin əlifbasına keçidi haqqında fərman imzalayıb

05.03.2020 11:38

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. 

Об этом сообщает Роспрес

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, fərmana əsasən  Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib.

Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.

Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax  dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.

Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı əlifbadan istifadə edilib. 1920-40-cı illərdə latın qrafikalı əlifbadan, 1940-cı ildən isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edilib.