Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nüşabə Ələsgərli erməni fanatından danışdı: “Onu öpdüm, qucaqladım, dedim Azərbaycana gəl” – VİDEO

05.03.2020 11:38

“5-də 5” verlişinin bugünki efirində maraqlı anlar yaşanıb.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, proqramın qonaqlarından biri tanınmış müğənni Nüşabə Ələsgərli olub. O, xarici ölkələrdən birində konsert proqramı ilə çıxış edərkən yaşadığı bir hadisə haqda danışıb.

“Konsertdə çıxış edirdim. Çoxlu tamaşaçılar var idi. Birdən bir ağbirçək qadın səhnəyə gəldi, məni qucaqlayıb öpdü. Mən də onunla qucaqlaşdım. Konsertdən çıxanda gördüm ki, gül dəstəsi ilə məni gözləyir. Onu Azərbaycana dəvət etdim. Amma o gələ bilməyəcəyini bildirdi. Səbəbini soruşduqda isə “Mən Gəncə ermənisiyəm, gələ bilmərəm” dedi”, -deyə müğənni başına gələnlərdən danışıb.

A24.Az sözügedən efirdən görüntüləri təqdim edir: