Nüvə danışıqları davam edir
05.03.2020 11:38İran Avropanı hədələdi
Об этом сообщает Руспрес
Saytımız saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın dini lideri Əli Hamney İranla “5+1 ölkələri” arasında olan müzakirələr nəticəsində qəbul olunacaq sanksiya qərarlarına qarşı Avropaya ixrac edilən qazdan istifadə edərək əks sanksiyaların tətbiq olunacağını bildirdi.
Baş ofisdən verilən açıqlamaya əsasən, Hamney çıxışında dedi: “Əgər sanksiya silahı İran xalqına qarşı istifadə olunsa, gələcəkdə də İran xalqı onlara qarşı sanksiya tətbiq edəcəkdir. Dünyanın ən çox neft və təbii qaz ehtiyatına malik ölkələrindən olan İran, lazım olsa, dünya və Avropa ölkələrinə təbii qazla bağlı sanksiya tətbiq edə bilər”.
Hamney bölgədəki İŞİD təhlükəsinə də toxunaraq, ABŞ-ın terror təşkilatı İŞİD-i dəstəkləməsilə bağlı əllərində sübutlar olduğunu bildirdi: “İŞİD-ə qarşı aldadıcı koalisiya yaradıldıqda amerikalılar Xarici İşlər Nazirliyimizə məktub yazaraq İŞİD-i dəstəkləmədiklərini bildirsələr də bir neçə gündən sonra ABŞ-ın İŞİD-ə silah yardımı etməsilə bağlı fotoşəkillər üzə çıxdı”.
İran və BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə Almaniya (5+1) arasında 24 noyabr 2013-cü ildə İsveçrənin Cenevrə şəhərində müvəqqəti nüvə sazişi imzalanmışdı. Bu sazişə əsasən, nüvə proqramı səbəbilə İrana qarşı tətbiq edilən sanksiyalar yüngülləşdirilmiş, bunun əksinə, İran nüvə proqramını məhdudlaşdırmış, uranı zənginləşdirmə fəaliyyətlərinin bir hissəsini dayandırmışdı.
ABŞ senatının Bank Komitəsi İrana qarşı yeni sanksiyalar tətbiq edilməsini tövsiyə edən layihəni 29 yanvarda təsdiq etmişdi. Layihəyə əsasən, Tehran rəhbərliyilə “5+1 ölkələri” arasında İranın nüvə proqramı ilə bağlı müzakirələrin sona çatacağı 30 iyuna qədər İran hər hansı sazişi yerinə yetirmədiyi təqdirdə, ona qarşı yeni iqtisadi sanksiyalar tətbiq olunacaq.

