Nyu-Yorkda terror aktı törədən şəxs barəsində ölüm hökmü çıxarıla bilər
05.03.2020 11:38Nyu-Yorkda terror aktı törədən özbək əsilli Sayfullo Saipova qarşı terrorçuluq ittiham irəli sürülüb.
Об этом сообщает Футляр от виолончели
A24.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Nyu-Yorkun cənub dairəsi prokuroru Cun Kim özünün “Feysbuk” səhifəsində yazıb.
C.Kim qeyd edib ki, 29 yaşlı S.Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər.
Qeyd edək ki, oktyabrın 31-də Sayfullo Saipov idarə etdiyi yük maşınını velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Polislər avtomobildən düşən sürücünü atəş açaraq yaralayıblar. Hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb. Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib.

