Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“O Səs Türkiyə”nin birinciləri indi nə edir?

05.03.2020 11:38

Çox maraqla izlənilən “O Səs Türkiyə” bir-birindən əyləncəli bölümləri davam etməkdədir.

Об этом сообщает Роспрес

Qeyd edək ki, bu il musiqi yarışmasının münsiflər kürsüsündə Yıldız Tilbe, Gökhan Özoğuz, Murat Boz və Hadisə oturur.

Saytımız bildirir ki, Türkiyə mediasında “ “O Ses Türkiye” yarışmasının birinciləri nə edir?” başlığı altında yazı dərc edib və qalib olanların musiqi aləmində ucala bilmədikləri qeyd edilib. Yazıda azərbaycanlı ifaçı Elnur Hüseynov da yer alıb.

2012-ci ildə keçirilən yarışmada birinciliyi Murat Bozun komandasından olan Oğuz Berkay Fidan qazanmışdı. Onun musiqi karyerasının  necə parlayacağı uzun müddət müzakirə edilmişdi. Hətta Murat Bozun onu musiqi bazarına necə çıxaracağı maraqla izlənilirdi. Lakin Oğuz Berkay 4 il keçməsinə baxmayaraq “Beni Ellerden Sayma” adlı mahnısı ilə bir müddət tanına bilib.

2013-cü ilin birincisi Mustafa Sandalın komandasından Mustafa Bozkurt olub. Lakin bu iştirakçı səsinin Ahmet Kayaya bənzəməsindən başqa çox işlə yadda qalmayıb.

2014-cü ilin birincisi Gökhan Özoğuzun komandasından Hasan Doğru olub. İfaçı çox gözəl performans sərgiləməsinə baxmayaraq, uzun müddət gündəmdə qala bilməyib. Sadəcə bir dəfə verdiyi kilolarla üzə çıxıb.

2015-ci ilin birincisi və münsifləri möhtəşəm səsi, təhsili ilə ovsunlayan Elnur Hüseynov olub. Ebru Gündeşin komandasında olan Elnur Hüseynov yarışmanın ilk günlərindən diqqəti üzərinə çəkə bilmişdi. İstedadlı ifaçı haqqında “Səsi çox gözəl olan azərbaycanlı Elnur Hüseynovu hələ eşitməyən o qədər insan var ki… Hüseynov ölkəmizdə adını çox səsləndirməsə də, Azərbaycanı “Eurovision”da təmsil edib” kimi sözlər yazılıb.

2016-cı ilin birincisi Emre Sertkaya Gökhan və Hanakın komandasında yer almışdı. Bu gəncin hərdən səsini sosial mediada eşitmək mümkündür.

Firuzə Alimova / MTM