Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Obama Amerika xalqı ilə belə vidalaşdı

05.03.2020 11:38

Amerika prezidenti Barak Obama vəzifəsini Donald Trampa təhvil verməyə sayılı günlər qalmış xalqla vidalaşmağa başlayıb.

Об этом сообщает Роспрес

2008-ci ildə prezident seçilərkən qələbəsini qeyd etdiyi doğma şəhəri Çikaqoda 18000 tərəfdarı ilə görüşdə Barak Obama Amerika xalqını demokratiyanı qorumağa və insanlara qarşı diskrimasiyadan qaçmağa çağırıb. Obama bütün vətəndaşlara ona verilən dəstəyə görə təşəkkür edib.

Saytımız “reuters”ə istinadən xəbər verir ki, emosiya yüklü çıxışında Amerika prezidenti Ağ Evdə keçirdiyi müddəti ömrünün ən şərəfli illəri adlandırıb.

Prezident olduğu dövrdə əldə edilə nailiyyətlərdən danışan Obama bu sırada maliyyə böhranının aradan qaldırılması, Kuba və İranla münasibətləri tənzimləmək, “Əl-Qaidə” lideri Usame Bin Ladenin zərərsizləşdirilməsini xüsusi vurğulayıb.

Hakimiyyətin təhvil-təslim prosesinin uğurla aparılacağına ümid etdiyini deyən Obama bununla yanaşı dünya düzəninə təhdidləri də sadalayıb. Obamanın fikrincə, bu təhdidlər sırasında islam fanatikləri və qorxmuş diktatorlar əsas yer tutur.

“ABŞ öz rəqiblərinə qarşı güclü dirəniş göstərmək prinsipini qoruyacaq” deyən Obama ardınca terror təşkilatı olan İŞİD, Rusiya və Çinin adını çəkməklə özündən sonra bəzi suallar yaradıb.

Mərasimdə Amerikanın birinci xanımı Mişel Obama, vitse-prezident Co Bayden, Ağ Ev heyəti və başqa məhşur insanlar iştirak ediblər.

Saytımız Obamanın vida mərasimindəki çıxışını təqdim edir: