Obamanın “ilk aşkı” ortaya çıxdı
05.03.2020 11:38Pulitser Mükafatı Laureatı yazıçı Devid J.Garroun yeni nəşr olunan kitabına görə Barak Obamanın ilk məhəbbəti Mişel Obama olmayıb.
Об этом сообщает Роспрес
Obama 20 yaşı olarkən Çikaqoda birlikdə yaşadığı Şeyla Miyoşi Jager adlı qadına aşiq olub. O, əvvəlcə Ohayoda yerləşən Oberlin Kollec Universitetində Şərq Asiya məsələləri üzrə professor olan Jagerə evlilik təklifi edib.
BİR GÜN AĞ EVDƏ OLACAM
Jager Obamanın anası kimi antropologiya sahəsində işləyib. Bir-birinə uyğun olmalarına baxmayaraq o, Obama ilə münasibətlərində siyasi səbəblərlə əlaqədar gərginlik hiss edib. Obama Harvardda hüquq təhsilinə başlamazdan əvvəl qarşısına qoyduğu məqsədlər arasında Ağ Evdə olmaq da varmış.
İLK EVLİLİK TƏKLİFİ Rədd Edilib
Obama Jagera 1986-cı ildə evlənmə təklifi edib. Amma Jagerin ailəsi gənc olduqları və Obamanın gələcək planlarına görə cütlüyə yuva qurmağa icazə verməyib. Jager Obamanın evlilik təklifinə “Hələ yox” cavabı versə də, münasibətləri bitməyib.
Obamanın 25 yaşında birdən-birə dəyişdiyini deyən Jager “Birdən çox şöhrətpərəst oldu. Bu dəyişikliyin necə baş verdiyini xatırlayıram. 1987-ci ildə münasibətimizin birinci ilində Obama prezident olacağını deyirdi” qeyd edib.
MƏHƏBBƏTİ SİYASİ HƏDƏFLƏRİNƏ MANE OLA BİLƏRDİ
Ancaq bu dəyişiklik ikilinin əlaqəsinə mənfi təsir göstərib. Kitabın müəllifi Garrova görə Obama o illərdən etibarən afro-amerikalı mənşəli olmağı ilə bağlı məsələləri həll etmək üzrə imiş. Garrova görə, Çikaqodakı qara dərili siyasətçinin afro-amerikalı olmayan biriylə münasibəti siyasətdəki hədəflərinə mane ola bilərmiş. Bu vəziyyət Jager və Obama cütlüyünün əlaqəsinə zamanla öz təsirini göstərib. Cütlük arasında mübahisələr böyüyüb. Jagerin dediyinə görə, Obama sevdiyi qadınla əmin olduğu tale arasında özünü sıxılmış hiss edib.
Obama həmin illərdə Harvard Universitetində hüquq təhsili almaq üçün Çikaqodan ayrılıb Massaçusetsə getməyə hazırlaşıb. Obama sevdiyi qadına onunla birlikdə gəlməsini təklif etsə də, Jager araşdırma səfəri üçün gedəcəyi Seula köçməyi üstün tutub.
OBAMA MİŞELLƏ İLƏ UNİVERSİTETDƏ TANIŞ OLUB
Universitetdə oxuduğu ilk illərdə Mişel Lavaughn Robinson ilə tanış olan Obama üçün yeni bir əlaqə dövrü başlayıb. Qısa müddətdə Mişel Robinson (Obama) ilə ciddi münasibət quran Obama 1990-1991 illərdə bir neçə dəfə Jager ilə görüşüb. Jager kitabda Obamanın Mişel ilə əlaqəsinin dərinləşdiyini fərq etdikdə təəssüfləndiyini etiraf edib.
Barak və Mişel cütlüyü evləndikdən sonra isə Jager sadəcə olaraq ciddi məsələlər üçün Obamayla telefonla danışıb.
Vüsalə Əlövsətqızı

