Obamanın Trampa qoyduğu məktub yayımlandı – “Tövsiyyələrim sənə kömək etməz!”
05.03.2020 11:38CNN televiziyası 8 aydan sonra Obamanın Tramp üçün qoyub getdiyi məktubun məzmununu paylaşıb.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Tramp bu ilin yanvar ayında prezidentlik kürsüsünə əyləşdikdən sonra Obamanın saray adət-ənənələrini yerinə yetirərək dairəvi ofisdəki masanın siyirməsinə qoyduğu məktubu “uzun, qarmaqarışıq və fikirli” olaraq yazdığını qeyd etmiş, lakin məzmununu mediayla paylaşmayacaqlarını söyləmişdi.
Lakin CNN televiziyası Trampın məktubla bağlı təəssüratlarından qaynaqlanaraq, Obamanın prezidentlik məqamı haqqında bu sözləri dediyini paylaşıb: “Bu, müvəffəqiyyət üçün bir model deyil, hər şeydən fərqli bir səlahiyyətdir. Ona görə də məndən gələn hər hansı bir tövsiyənin sizə kömək edib-etməyəcəyinə əmin deyiləm. Lakin 8 illik prezidentlik dövrümdə yaşadığım bir neçə təəssüratlarımı yazmaq istərdim.
Hər kəs bizim qədər şanslı deyil. Çox işləmək istəyən hər uşaq və ailə daha çox uğur əldə etmək üçün lazım gələn hər şeyi etmək bizim əlimizdədir” deyə davam edən Obama məktubda “siyasi qazanc üçün demokratik prinsipləri məhv etmək lazım deyil” xəbərdarlığını verib.
Qeyd edək ki, ABŞ-dakı prezidentlərin özlərindən sonra kürsüyə gələcək digər şəxslərə tövsiyyə xarakterli məktub yazıb qoyması artıq uzun illərdir ki, davam edən bir adətdir.
Firuzə Alimova / A24.az

