Odekolon ilə oynayan uşağın faciəvi ölümü
05.03.2020 11:38Türkiyənin Sivas bölgəsində 3 yaşlı Tolqa Akgül sobanın yanında kolonya ilə oynayarkən alışaraq yanıb.
Об этом сообщает Роспрес
“A24.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, Timur-Esra Akgül cütlüyünün böyük övladı olan 3 yaşlı Tolqa Akgül sobanın yanında oynayarkən əlindəki odekolon şüşəsini sobanın üzərinə töküb. Bu zaman kolonya şüşəsi partlayıb və Akgülün paltarları alışaraq yanıb. Həmin anda çöldə paltarları asan ana evə gəldiyi zaman övladının alov içərisində olduğunu görüb. Tez yanan körpəsini söndürən qadın xəstəxanaya üz tutub. Uşaqda birinci dərəcəli yanıqlar olub. Bütün müdaxilələrə baxmayaraq körpə Tolqanın həyatını xilas etmək mümkün olmayıb.
Türkiyədə hadisə ilə əlaqədar araşdırma başladılıb.

