Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Ödənişlərin əvvəlcədən tətbiqindən sonra bahalaşma anonsu veriləcək” – EKSPERT

05.03.2020 11:38

İnternet və IP-TV xidmətlərinə görə, öncədən ödəniş sistemindən sonra martın 1-dən telefon rabitəsinə də eyni proses tətbiq ediləcək.

Об этом сообщает Руспрес

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin məlumatına görə, telefon rabitəsi üçün abunə haqqını hər ayın 5-dək ödəmək lazımdır. Ödəniş gecikdirilərsə, ayın 6-da telefon xətti birtərəfli qaydada, ayın sonunda isə ikitərəfli qaydada bağlanacaq.

Bəs, ödənişlərin əvvəlcədən tətbiq edilməsinin səbəbi nədir?

Sualı A24.Az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu tipli qərarların arxasında maliyyə problemlərinin yaranması dayanır:

“Bütün dövlət və hökumət orqanları lisenziya pulundan tutmuş, kommunal xərclərə qədər, yəni hansı sektorda imkan varsa, əhalidən öncədən vəsaitin toplanmasına və ya yaxud da qiymətlərin qaldırılmasına çalışır. Ötən il biz qiymət artımının şahdi olduq. Bütün bu qərarların mahiyyətində maliyyə çətinlikləri dayanır. Bütün xidmət sahələri çalışırlar ki, maliyyə çətinliklərini öncədən həll etmək üçün müəyyən yollar axtarsınlar. Çünki Azərbaycanda iqtisadi yüksəliş dövründə bir çox bu tipli dövlət müəssisələrinə dövlət dəstəyi çox olurdu. Büdcədən əlavə vəsaitlər də ayrılırdı, büdcə dəstəyi proqramı da var idi. İndi isə büdcə xərcləmələrinin azalması ilə əlaqədar təbii inhisarçılara güzəştlər ləğv olunub. Əslində bu doğru qərardı. Uzun müddət idi büdcədən maliyyələşmək obrazlı dillə desək bir növ tənbəllik hissi yaratmışdı. İşin keyfiyyətinin yaxşılaşdırmaq, müştərilərlə daha rahat və əsnək münasibətlər saxlamaq, müqavilələrin hər iki tərəfi qane edəcək şəkildə tənzimləməkdənsə, təssüf ki, Azərbaycanda çox pis bir praktika var, bütün müqavilə öhdəliklərinin çətinlikləri müştərinin üzərinə düşür. Bu tipli müqavilələrin hamısına baxsaq, görəcəyik ki, müqavilələrdə vətəndaşların məsuliyyəti nəzərdə tutulub.  Bu tipli xidmət göstərən müəssisələrin heç bir məsuliyyəti demək olar ki, yoxdur. Əgər ödənişlər öncədən tələb olunursa, müqavilələr də yenilənsin, qarşılıqlı öhdəliklər göstərilsin. Xidmətin keyfiyyəti yaxşı olmasa, müəyyən müddətlik xidmətdə fasilələr yaranarsa, o zaman xidmət göstərən qurumun da məsuliyyəti olmalıdır. Onların da müştərilərə müəyyən güzəştləri olmalıdır. Yoxsa, belə anormal durum yaranır”.

Ekspert ödənişlərin əvvəlcədən tətbiq edilməsinin bahalaşmaya səbəb olacağına da münasibət bildirib:

“Bu tipli qərarların verilməsi sonradan bahalaşma ilə də nəticələnə bilər. Uzun müddət idi ki, vergi ilə bağlı güzəştlər tətbiq olunur. Həmin müəssisələrə vergi gəldikdə, güzəşt müəyyən edildiyi üçün Nazirlər Kabinetinin qərarı ilə həmin vergilər silinirdi. Əgər güzəştlər də ləğv olunarsa, o zaman iki yol qalır. Ya müəyyən özəlləşmə proqramı həyata keçirib, bu tipli qurumların bir hissəsini və ya tamamını uzunmüddətli icarəyə vermək, ya da özəlləşdirmək lazımdır, və ya qiymət artımı yolu ilə büdcədən almalı olduqları, amma ala bilmədikləri vəsaitin bir qismini vətəndaşların hesabından tutmaq yolu ilə ola bilər. Çox yaxın günlər də bununla bağlı hansı yolun tutulacağına aydınlıq gələcək. Çünki keçən il qəbul olunmuş yol xəritəsində özəlləşmə ilə bağlı addımların olacağı göstərilmişdi. Əgər yaxın gələcəkdə özəlləşmə baş verməsə, ola bilsin ikinci yolu, yəni qiymət artımı yolunu seçəcəklər”, – deyə N.Cəfərli əlavə edib.

Orxan Aslanlı