Ofisiantlara qab yudurdur, yer sildirirlər – VİDEO
05.03.2020 11:38Bir çox kafe və restoranlarda ofisiantları həm qabyuyan, həm də yer silən kimi işlədirlər. Qaynar xəttimizə müraciət edən bir neçə ofisiant belə iddia edir. Onlar 15-16 saat işlədildiklərini, müqabilində isə az maaş aldıqlarını deyir. Bu da azmış kimi məcburi əməyə cəlb edilirlər. Bəs işçiləri məcburi əməyə cəlb edənləri hansı cəza gözləyir? Əməkdaşlarımız araşdırıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, videoda ofisiantlar iş yerlərində məcburi əməyə cəlb edildiklərini iddia edirlər. Bildirirlər ki, bir çox kafe və restoranlarda ofisiantlara digər işlər də gördürülür. Gənclər iddia edir ki, 15-16 saat işlədildikdən sonra cüzi maaş alırlar. Ofisiantlardan əlavə hətta aşbaz qadın da həm qab yuyur, həm yer silir.

