Oğlu hərbi xidmətdə həlak olan ailə dəfndə ikən- Evlərini oğru soydu – RƏZALƏT
05.03.2020 11:38Zərərçəkən Zeynalovlar ailəsi oğruların tutularaq məsuliyyətə cəlb olunmasını və evlərindən oğurlanmış əşyaların geri qaytarılmasını və ya dəyərinin ödənilməsini tələb edir
Об этом сообщает Футляр от виолончели
Hadisə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Günəşli küçəsi, ev 7 a ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Bu barədə “Təzadlar”a sözügedən ünvanda yaşayan Mehman Zeynalov məlumat verib. M.Zeynalov deyib ki, 21 may 2016-cı il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən oğlu Əzzaman Zeynalovun ölüm xəbərini alıb. Öğlunun qəfil ölüm xəbərini eşidən M.Zeynalov həyat yoldaşı ilə dərhal hərbi hissəyə yollanıb. Ancaq övladlarının dəfnindən sonra evə qayıdan Zeynalovlar ailəsi naməlum şəxs və ya şəxslərin “sürprizi” ilə qarşılaşıb.
Bu və digər məsələlər barədə qəzetimizin elektron poçtuna göndərilən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Günəşli küçəsi, ev 7 a ünvanında yaşayan Zeynalov Mehman Məhərrəm oğlu və Zeynalova Könül Rafiq qızının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və daxili işlər naziri cənab Ramil Usubova ünvanlı müraciətində daha geniş bəhs olunur.
Hörmətli cənab Nazir!
Müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin dövlət, millət və xalq qarşısında misilsiz xidmətləri zaman ötdükcə gözlərimiz önündə daha əzəmətli görünür. Parlaq zəkası, zəngin həyat və idarəçilik təcrübəsi sayəsində yüksək nüfuz, dərin hörmət və ümumxalq məhəbbəti qazanmış Heydər Əliyev canından artıq sevdiyi xalqının yaddaşında əsl xilaskar və qurucu dövlət xadimi kimi qalacaq.
Ulu öndər Heydər Əliyevin hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da yaxşılaşdırmaq, bu sahədə dövlət idarəçiliyini təkmilləşdirmək məqsədilə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 1994-cü il 9 avqust tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirildi, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirildi. Bununla belə, çox təəssüf ki, bu gün hüquq-mühafizə orqanlarında Azərbaycanın inkişafına kölgə salmağa cəhdlər göstərən bəzi polis işçiləri də var. Lakin ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası hazırda Azərbaycanın dayanıqlı inkişafı üçün etibarlı zəmin yaradıb, Sizin simanızda daha da təkmilləşib və möhkəmlənib.
Məhz Sizin və sədaqətli dövlət məmurlarının, o cümlədən ümummilli lider Heydər Əliyevin inandığı, etibar etdiyi, hazırda dövlətçiliyimizə sədaqətlə xidmət edən cənab Ramil Usubovun sayəsində dövlət müstəqilliymiz qorunub saxlanılıb, ictimai-siyasi sabitlik, qanunçuluq bərqərar edilib. Nəticədə, dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaranıb.
Hörmətli cənab Nazir!
Məlumat üçün bildiririk ki, 21 may 2016-cı il tarixdən 29 may 2016-cı il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Günəşli küçəsi, ev 7 a ünvanında yerləşən fərdi yaşayış evimizdə olmadığımız müddətdə 2828 manat dəyərində qızıl-zinət və ev əşyalarının oğurlanması barədə Sabunçu Rayon Polis İradəsinə, eləcə də Sabunçu Rayon Polis İradəsinin 12-ci Polis Bölməsinə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, 1-ci dərəcəli dövlət müşaviri cənab Fuad Ələsgərova rəsmi qaydada müraciətlər etdim. Lakin Sabunçu Rayon Polis İradəsinin 12-ci Polis Bölməsinin rəisi Elşən Tağıyev və təhqiqatçı Heydər Qasımov oğurlanmış əmlakımızın 100 manatdan aşağı dəyərdə olmasını bəhanə gətirərək təhqiqat və ya istintaq aparmaqdan imtina etdilər. Hətta oğruların kimliyini belə müəyyən etmədilər.
Lakin Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Şirinovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 05.06.2017-ci il tarixli, 1107 saylı qərarına əsasən Sabunçu RPİ-nin 12-ci PB-də toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair təhqiqatçı Heydər Qasımovun 06.06.2016-cı il tarixli qərarı əsassız olduğu üçün ləğv edilərək, material əlavə araşdırma aparılması üçün Sabunçu RPİ-nin İŞ-nə göndərilib”.
Sabunçu rayon prokuroru: “Təhqiqatçı şikayət üzrə heç bir araşdırma aparmamış…”
Şikayətçilərin redaksiyaya göndərdiyi Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Şirinovun sözügendən qərarında material üzrə araşdırmanın səthi və natamam aparıldığı, bir sıra xüsusatların araşdırılmadığı bildirilir: “29.05.2016-cı il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Günəşli küçəsi, ev 7 a ünvanında yaşayan Zeynalov Mehman Məhərrəm oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək yaşadığı evə pəncərədən qanunsuz daxil olmaqla oradan bir ədəd qızıl üzük, iki ədəd boyunbağı və 40-45 manat pulun naməlum şəxs(lər) tərəfindən oğurlandığını bildirmişdir.
QƏRAR VERDİM
Material əlavə araşdırma aparılması üçün Sabunçu RPİ-nin İŞ-nə göndərilsin”.
Hörmətli cənab Nazir!
1. Qəpik pullar – 60 manat;
2. Qızıl zəncir – 5 qram, 2 ədəd – 300 manat;
3. Qızıl dəsti (üzük, sırğa) – 8 qram – 480 manat;
4. Gümüş bujiteriya – 150 manat;
5. Kosmetika -100 manat;
6. Qazan – 30 manat;
7. Dəsmal – 30 ədəd, bir ədədi 5 manatdan – 150 manat;
8. Can dəsmalı – 3 ədəd, bir ədədi 20 manatdan – 60 manat;
9. Çay dəsmalı – 30 ədəd, bir ədədi 2 manatdan – 60 manat;
10. Stolüstü süfrə – 10 ədəd, bir ədədi 25 manatdan – 250 manat;
11. Qadın alt paltarı dəsti – 4 dəst, bir ədədi 20 manatdan – 80 manat;
12. Qadın pünyarı (gecə paltarı) – 2 dəst, bir ədədi 25 manatdan – 50 manat;
13. Qadın alt paltarı dəsti – 25 ədəd, bir ədədi 3 manatdan – 75 manat;
14. Corab – 5 ədəd, bir ədədi 1 manatdan – 5 manat;
15. Pinjama – 2 dəst, bir ədədi 30 manatdan – 60 manat;
16. Yataq dəsti – 14 cüt, bir ədədi 40 manatdan – 560 manat;
17. Uşaq paltarı – 2 ədəd, bir ədədi 15 manatdan – 30 manat;
18. Uşaq adyalı – 1 ədəd – 25 manat;
19. Sabun dəsti – 2 yeşik, bir ədədi 8 manatdan – 16 manat;
20. Əl-üz sabunu – 20 ədəd, bir ədədi 1,5 manatdan – 30 manat;
21. Yataq üzü – 4 ədəd, bir ədədi 20 manatdan – 80 manat;
22. Mətbəx dəsti – döşlük, əlcək – 15 manat;
23. Uşaq saç darağı – 10 ədəd, bir ədədi 1 manatdan – 10 manat;
24. Yastıq üzü – tükkeçirməz – 4 dəst, bir ədədi 6 manatdan – 24 manat;
25. Parça süfrələr – 6 ədəd, bir ədədi 10 manatdan – 60 manat;
26. Parça əl dəsmalı – 12 ədəd -12 manat;
27. Qadın köynəyi – 6 ədəd, bir ədədi 5 manatdan – 30 manat;
28. Uşaq köynək dəsti – 2 cüt, bir ədədi 5 manatdan -10 manat;
29. Güldan altı – 2 ədəd, bir ədədi 2 manatdan – 4 manat;
30. Parça sandıqça – 2 ədəd, bir ədədi 6 manatdan – 12 manat.
Hörmətli cənab Prezident!
Hörmətli cənab Nazir!
Əvvəlcədən sizə öz təşəkkürümüzü bildiririk”.
Bir daha qeyd edək ki, zərərçəkən Zeynalov Mehman Məhərrəm oğlu və Zeynalova Könül Rafiq qızı 21 may 2016-cı il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi xidmət vəzifəsinin icrası zamanı ürək nahiyyəsindən aldığı güllə yarasından dünyasını dəyişən əsgər Əzzaman Zeynalovun valideynləridir (Bu barədə qəzetimizin ötən sayında məlumat vermişdik – red.).

