Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Oğlunu çəkiclə ödürən ata təqsirkar deyil

05.03.2020 11:38

Bilirsinizmi sabirabadlı ata azyaşlı oğlunu niyə öldürüb?

Об этом сообщает Руспрес

Arvadının ona xəyanət etdiyini bildiyinə görəmi?

Oğlunun özündən olmamasını düşündüyünə görəmi?

Balaca Röyamini bu gün atası öldürməsəydi, sabah onsuz da cəmiyyət onun üçün bir ad tapacaqdı, bu adla onu çimdik-çimdik öldürəcəkdi.

Bicbala!

Bu gün atası Royal onu öldürməsəydi həmin atanı da toplum xırda-xırda məhv edəcəkdi.

Peysər!

Bilirsinizmi Röyamin, Royal kimi gözəl adları bu iyrənc ifadələrlə asossiya etməyə vadar edən nədir?

Televiziyalar!

Onların ekranlarından “qeyrət”, “namus” hayqıran yekə sırğalı, qalın boyunbağılı kök “ekspert” xalalar.

“Qeyrətin olsaydı, onun başını kəsərdin” deyənlər, onu alqışlayan auditoriyadı qatil.

Metroda bir-birinin üzünü sığallayan gənclərə təpik atan jurnalistdir qatil!

Royal bu qanlı çarxın xammalıdır; içində bir az qan, bir neçə kilo ət, bir az sür-sümük olan xammal.

Cəmiyyətin yanğısını söndürən, qıcqırmış “dəyərlər”ə yeni can verən bədbəxtlər təqsirkar deyil, sadəcə qurbandır.

Sərdar Amin