Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Oğuz Bilik Evində Heydər Əliyev anıldı

05.03.2020 11:39

Oğuz rayon Bilik Evində Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə “dəyirmi masa” keçirilib.

Об этом сообщает Футляр от виолончели

Oğuz rayon Bilik Evindən A24.Az -a verilən məlumata görə,.04.05.2017-ci il tarixində baş tutan “dəyirmi masa” da Oğuz rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Oğuz rayon Məşğulluq İdarəsinin əməkdaşları, rayon ziyalıları və Bilik Evinin müəllim və tələbələri iştirak edib.

Tədbirdə çıxış edən Oğuz Bilik Evinin direktoru Anar Məcidov artıq  Ümummilli lider Heydər Əliyev və onun çoxşaxəli fəaliyyəti barədə “Dəyirmi masa” iştirakçılarına məlumat verib.

“Əlbəttə ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir. Bu baxımdan yanaşsaq, milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır.

Məhz milli bayram olduğuna görədir ki, Ulu Öndərin doğum günü hər il həm Azərbaycanda, həm də dünyada azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hamısında qeyd edilir. Cəmiyyətin bütün təbəqələri bu bayramı hiss edirlər. Bu da təbiidir: dövlətçiliyin əsasını qoyan şəxsin doğum günü elə həm də dövlətçiliyin ən vacib tarixlərindən biridir.”

Daha sonra çıxış edən qonaqlar Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb.