Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Oksana Tolikin “qanını yerdə qoymadı”- “Maşın”da kadrarxası qalmaqal

05.03.2020 11:39

“Maşın” şou ötən gün də gərgin anları ilə yadda qalıb.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, “ATV” telekanalında aparıcısı Murad Dadaşovun aparıcısı olduğu “Maşın” şounun daha bir buraxılışı geridə qalıb. Bu dəfə mübarizə rəqqasə Oksana və aparıcı Azər arasında yaşanıb. Oksana səs topladığı təqdirdə aparıcı Azər Zahidi oyundan uzaqlaşdıracağını deyib.

Sonda Rəqqasə şounun sonunda 65,61 faiz səs yığaraq proqramda qalıb. O, A.Zahidi verilişdən kənarlaşdırıb. Bu məsələyə prodüser Tarix Əliyev (Tolik) İnstaqram səhifəsində öz münasibətini bildirib:

“Düzdür Oksanadan incimişdim. Ona deyirdim ki,niyə artıq danışanların cavabını vermirsən? Sən orada qalıb bəzi “kişilər”i  oyundan uzaqlaşdırmalısan. Xalqın gözü tərəzidir və kimin nə olduğunu yaxşı bilir”.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Cavad Rəcəbov, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, jurnalist Vüqar Vüqarlı, rəqqasə Oksana Rəsulova davam etdirir.

Elvin Paşazadə, A24.az

Səsvermədə qalib olan Oksana Azər Zahidi Maşın’dan uzaqlaşdırdı!Azər üçün maşın əldən getdi!Ps: Kadr arxası Tolik