Oktyabrın 16 və 17-də hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ
05.03.2020 11:39Oktyabrın 16-sı və 17-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, oktyabrın 16-sı günün ikinci yarısından 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə nəzər yetirəndə şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 7-11° isti olacağı gözlənilir.

