Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ölən “iri məmur” KİM İDİ? – Bir tıkladıq haqqında qalmaqallı yazılar çıxdı…

05.03.2020 11:39

Səhərin gözü açılar açılmaz çıxan ilk xəbər Azərbaycanda yüksək vəzifəli məmurun vəfat etməsi oldu. Bilirəm deyəcəksiniz, harası “yüksək vəzifəli”dir ki? Görün, necə yüksək vəzifəli bir şəxsiyyət olub ki, adını axtarış sisteminə vuran kimi haqqında silsilə şikayət yazıları gözümüzü qamaşdırdı. Bu insan vəzifəli olmasa, camaatın ona işi düşməsə, o da vəzifə borcu olduğu halda müraciətləri yerinə yetirməsə, qapısına gələnləri incitməsə əlbəttə ki, iri məmur olmazdı. Hələ onu “iri” eləyən əməlləridi də… Səlahiyyəti elə yüksək olub ki, icra baçısı olduğu halda rayonda son sözü rəhmətlik deyib.

Об этом сообщает Роспрес

Düzdür, indi qınayacaqsınız ki, “axı ölənin arxasınca danışmazlar”. Amma bu dəfə danışan biz yox, haqqında yazılan yazılar olacaq.

Saytımız ölənə hörməti saxlamaq şərti ilə təqdim edir:

Şamaxıda icra başçısının müavini at oynadır, icra başçıları onun əsirinə çevrilirlər…

Yəqin bildiniz kimin əsirinə? – Ağamustafa Vahidovun…Hələ 2013-cü ilin mart ayında yazılan şikayətdə deyilir ki, Şamaxı rayonu icra başçısının müavininin zülmündən şikayət edir:

“İşlədiyi müddətdə Prezident Administrasiyasında yüksək post tutan vəzifəli adamların adından istifadə edərək başçıları qorxudub. Və nəticədə İH başçısının vəzifə səlahiyyətlərini özü icra edib. Hətta keçmiş icra başçısı Asif Məmmədovun dövründə rayonda işdən çıxan, işə qoyulan bütün adamlar onun tapşırığı ilə qoyulurdu.

Asif Məmmədova tikinti-abadlıqdan, büdcə təşkilatlarından, hətta uşaq bağçalarından düşən faizi Ağamustafa Vahidov yığıb verirdi. Bu işdə onun xüsusi payı da var idi. Bu səbəbdən də Ağamustafa Vahidov 1 il 5 ay ərzində küllü miqdarda vəsaiti səfnəzər etməyə müvəffəq olub. Onun Bakıda 3 mənzili var. Maraqlıdır ki, əyalət məmuru olmasına baxmayaraq, övladlarını İngiltərədə oxudub… Hər halda bunun hesabının sorulma vaxtıdır…”(şikayət DİA.az-da yayımlanıb)

Keçək başqa bir hərəkətinə… Qanunlardan xəbərsiz olan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı…

Belə ki, 2015-ci ildə Şamaxı Rayon İcra Hakimiyyətində vəzifədən uzaqlaşdırılan 50-yə yaxın işçinin məhkəmə prosesinin nəticələri ilə bağlı məlumat açıqlanır. Xəbərdə bildirilir ki, Şamaxı Rayon İcra Hakimiyyəti sistemindən uzaqlaşdırılan bu işçilər hüquqi baxımdan haqlı olduqlarını sübut etsələr də, icra hakimiyyətində onları eşitmirlər, ya da eşitmək istəmirlər.

Qeyd edək ki, bütün mərhələlərdə-istər yerli instansiya, istər Appelyasiya və istərsə də Ali Məhkəmədə şikayətçilərin iddiaları təmin edilib, onların xeyrinə qərar çıxarılıb.

Məsələ ilə bağlı, Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılır, lakin başçının müavini Ağamustafa Vahidov kobud şəkildə bildirir ki, mətbuata açıqlama vermək mənim borcum deyil: “Zəng edin icra hakimiyyətinin müvafiq şöbəsinə. Onlar mənimlə özləri əlaqə saxlayacaqlar. Məsləhət olsa, onlara nə lazımdır, məlumat verəcəm”. (Aktual.az)

Ağlasızmaz bir xəbər isə Şamaxıda Şəhidlər Xiyabanının sökülüb yerinə otelin tikilməsidir. Bu barədə isə sizə aşağıdakı videolinkə baxmağınızı təklif edirik.

İcra başçısının müavini fəhlələri sürgünlə hədələyir – Şamaxıda narazılıq…

Xəbər 2016-cı ilin may ayında yayımlanıb. Hə, deməli, Qarabağ əlilləri üçün tikilən binada kasıb və bir para çörəyə ehtiyacı olan fəhlələri işlədirlər. Bu azmış kimi pullarını vermirlər, şikayətlərini yerinə yetirmirlər, hələ üstəlik həmin şikayətlərdən bu gün canını qurtaran Ağamustafa Vahidov fəhləyə deyir ki, yox səhv etdim deyib ki, “səni rayondan sürgün etdirəcəm, pulunu da verməyə qoymayacağam, burada iş tapmayacaqsan”. Necə özünə və vəzifəsinə güvənib?! (şikayət miq.az-da dərc olunub)

Vallah, çox yazmadıq, sadəcə 1-2-sini sadaladıq. Çox yazardıq, amma aydınlığa çıxan Şamaxı camaatına hörmət etdiyimiz üçün sükanı burda saxlasaq yaxşıdır. Zatən Haqq dünyasına qovuşanların sorğu-sualı artıq başlayıb, desək yanılmarıq!

Ən əsası onun canı bizdən qurtuldu. Axı insanın üstünə nə qədər şikayət üçün getmək olar? Niyə başa düşmürsünüz? Ürək buna dözməz… Bu arada iri məmurun ölüm səbəbi məlum da deyil.

Sonda Rəhmət diləyək ki, bizə də rəhmət düşsün! Allah Rəhmət Etsin, AMİN!