Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Öləndən sonra sosial media hesablarımız necə olacaq?

05.03.2020 11:39

Deyək ki, “Facebook”, “Gmail”, “İnstagram” hesablarımız var. Bəs öləndən sonra o hesablara nə olacağını düşünmüsünüz?

Об этом сообщает Руспрес

A24.Az sizə internetin ölüm sonrası qaydalarını təqdim edir:

Almaniyada 15 yaşlı qızın, qatarın altında qalaraq ölməsi, təsirli hadisə idi. Ailəsi baş verənləri araşdırmaq üçün qızın profil hesablarında, axtarış etmək istədilər. Ancaq ailə, gənc qızın hesablarına giriş edə bilmədi.
Göstəricilər, parollar hələ də ailəsinə yox, ölən qıza aid idi.

“Bəs profil sahibi öləndən sonra hesab göstəricilərinə kim sahiblənir?” deyə düşünürsünüzsə, bunun da cavabı var. Məsələn “Facebook” alman qızın ailəsinə, ölənin hesab bilgilərini ötürməyin, dostluğunda olanların da gizli bilgilərini təhlükə altında qoyduğunu bildirdi. Təkcə “Facebook” yox, bir çox texnologiya şirkətləri bu fikirdədir.

“Facebook” bildirir ki, ölən şəxsin hesabı ya bağlanır ya da xatirə profilinə çevrilir. “Twitter”də də hesabı, qalıcı olaraq silmə özəlliyi var. Ancaq “Twitter” vurğulayır ki, bunu yalnız hesab sahibi edə bilər.

“Google”nin bu mövzuda fərqli sistemi var. “Inactive Account Manager” sistemi ilə hesabınıza hansı aralıqla giriş etməyiniz yoxlanılır. Əgər uzun müddət hesaba daxil olunmasa, əlavə olaraq daxil etdiyiniz ünvana, sözlərinizdən ibarət elektron poçt göndərir.

Microsoft da Google kimi hesabın istifadə olunub-olunmadığını yoxlanışdan keçirir.

Apple istifadəçiləri dünyasını dəyişsə belə onların hesab gizliliyinə diqqət edir. Apple istifadəçisi öləndə, hesabları da onunla birgə “torpağa tapşırılır”.

NərminKərim