Ölkə çaylarında vəziyyət
05.03.2020 11:39Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq on günlük normanın 120-145, Kiçik Qafqazın çaylarında 45-105, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.
Об этом сообщает Футляр от виолончели
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 171 m3/s olmaqla on günlük normanın 109 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 198 m3/s olmaqla, on günlük normanın 126 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45,5 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 77 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Salyanda 7 sm artıb, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 m (2016-cı il dekabrın 8-də 450 sm), Şirvanda 241 sm, Salyanda 192 sm (2016-cı il dekabrın 8-də 317 sm), Bankədə 191 sm (2016-cı il dekabrın 08-də 247 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2016-cı il dekabrın 8-də 167 sm) təşkil edir.

