Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ölkədən qanusuz olaraq külli miqdarda dollar çıxarmağa çalışdı

05.03.2020 11:39

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Об этом сообщает Футляр от виолончели

Dövlət Gömrük Komitəsindən A24.Az-a verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin əl çantası rentgen aparatından keçirilərkən çantada pul əsginaslarının olması barədə şübhə yaranıb. Vətəndaş saxlanılaraq, həm əl çantasında, həm də üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Təkrar yoxlama zamanı əl çantasındakı ayaqqabının içində falqaya bükülmüş 100 ədəd – hər biri 100 dollar nominalında pul əsginasları olmaqla, cəmi 10 min dollar aşkar edilib. Çantada olan kofe paketinin içində isə kofe dənəciklərinin arasında falqaya bükülmüş 400 ədəd – hər biri 100 dollar nominalında pul əsginasları olmaqla, cəmi 40 min dollar aşkar olunub.

Şəxsi yoxlama zamanı isə vətəndaşın şalvarının cibində 13 ədəd – hər biri 100 dollar, 2 ədəd – hər biri 50 dollar, 2 ədəd – hər biri 20 dollar nominalında pul əsginasları olmaqla, cəmi 1 440 dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.