Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ölkələrin qeyri-adi 7 cinsi qadağası – Uruqvaylı kişilər arvadlarını zina edərkən yaxalayarlarsa…

05.03.2020 11:39

Xaricə səyahət etmək kimi istəyiniz varsa, bir azdan oxuyacağınız məlumatları öyrənməyin təhlükəsizliyiniz baxımından sizə faydası olacaq.

Об этом сообщает Футляр от виолончели

Saytımız müxtəlif ölkələrdə cinsi əlaqə ilə bağlı bilməyiniz vacib olan bəzi qadağaları təqdim edir:

1 – Honq Konq – Bu ölkədə qadın ərini zina edərkən yaxalayarsa, onu öldürmə şansına sahibdir. Ancaq bunun üçün əlcək taxması əsas şərtdir.

2 –Səudiyyə Ərəbistanı – Ərəbistanda yalnız qadın ginekoloqların xanımları müayinə etməsinə icazə verilir. Lakin həkimlərin qadınların cinsi orqanına birbaşa olaraq baxması qadağandır. Odur ki, işlərini yerinə yetirmək üçün həkimlər aynadan istifadə edir. Beləliklə, aynadakı görüntü ilə qadın xəstələr müayinə edilə bilir.

3 – Liviya – Bu ölkədə kişilərin dişi heyvanlarla cinsi əlaqəyə girməsinə heç bir qadağa yoxdur. Lakin kişilərin erkək heyvanlarla cinsi əlaqəyə girməsi tamamilə qadağandır. Hətta bu hal yaşanarsa, həmin şəxsə ölüm cəzası belə verilir.

4 – Macarıstan – Macarıstanda işıqlar açıq olduğu halda sevişmək qadağandır. Bu qadağanın haradan qaynaqlandığına dair heç bir məlumat yoxdur.

5 – İngiltərə – Liveropul – İngiltərədə satış sektorunu canlandırmaq üçün qeyri-adi üsullardan istifadə edilir. Məsələn, akvarium balığı satan qadınların sinəsi açıq işləməsi qanunidir. Bu hal qadının tropik balıq satması mənasını verir.

6 – Dubay – Hər ölkədə ictimai yerlərdə cütlüklərin bir-birini öpməsi qadağan deyil. Ancaq Dubayda vəziyyət bir qədər başqadır. Dubayda qadınla kişi yanaq-yanağa belə öpüşsə, 10 günlük həbsə məhkum edilir. Bundan başqa, əgər şəxslərdən biri spirtli içki qəbul edibsə, onun həbs cəzası 1 ilə qədər uzadılır.

7 – Uruqvay – Uruqvaylı kişilər arvadlarını zina edərkən yaxalayarlarsa, öldürmə haqqına sahibdirlər. Hətta onlara seçim etmək şansı belə verilir. Öldürmək ağır gələrsə, arvadlarının zina etdikləri kişiləri xədim etmələri də qanuni hesab edilir.

Firuzə Alimova