Ölkəyə çılpaq gələn turistlər saxlanıldı
05.03.2020 11:39Qazaxıstana film qəhrəmanı Boratın çimərlik geyimi ilə gələn 6 çex turist saxlanılıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, həmin turistlər Astananın mərkəzində Boratın çimərlik geyimi ilə şəkil çəkdirmək istəyiblər.
Onlar adambaşına 67 dollar cərimə ediliblər.
Ümumiyyətlə Borat Qazaxıstanda qalmaqallı film qəhrəmanıdır. Filmin disklərinin satışına qadağa qoyulub. Qazaxıstan hökuməti rolu canladıran aktyoru məhkəməyə verməklə hədələyib.
Filmin bəzi səhnələri Qazaxıstanda çəkilsə də çoxu Rumınyada gerçəkləşdirilib. Hökumət filmin ölkəni irqçi, cinsiyyətçi və geridə qalmış olaraq göstərməsindən şikayətçi idi. Lakin 2012-ci ildə ölkənin Xarici İşlər Nazirliyi turizmin inkişafında töhvəsinə görə, baş rol ifaçısına təşəkkür edib.

