Omanda hərbi helikopter qəzaya uğrayıb
05.03.2020 11:40Omanda “NH-90” hərbi helikopteri qəzaya uğrayıb.
Об этом сообщает Роспрес
A24.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimal bölgəsində, Hərbi-Hava Qüvvələrinə məxsus bazada baş verib.
Təlim uçuşu həyata keçirən helikopter ilk cəhddə eniş edə bilməyib, ikinci cəhddə isə yerə çırpılıb. Hadisə nəticəsində bir hərbçi ölüb, daha ikisi yaralanıb. Yaralıların həyatlarına təhlükə olmadığı bildirilir.
Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

