Onkoloq: “Etiraf etmək lazımdır ki…”
05.03.2020 11:40“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyində “ümumdünya xərçənglə mübarizə günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, dünyada hər il qeyd olunan 4 fevral “ümümdünya xərçənglə mübarizə günü” ölkəmizdə də silsilə tədbirlər, geniş maarifləndirmə metodları ilə qeyd olunur. Adından da göründüyü kimi bu tarixi günün qeyd olunmasında məqsəd cəmiyyəti maarifləndirmək və bununla əlaqədar görülə biləcək proqramları həyata keçirməkdir. Mövzunun aktuallığını nəzərə alıb “Sağlamlıq Naminə Təbiblər ” ictimai birliyində (SNT İB) “onkoloji xəstəliklərin yaranma səbəbləri və profilaktikası” mövzusunda dəyirmi masa keçirilib. Müxtəlif ixtisaslı həkimlərin, həkim-rezidentlərin iştirakı ilə keçirilən tədbirdə məruzəçi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının onkoloqu, tibb üzrə fəlsəfə elmləri doktoru (t.ü.f.d.) Elçin Hüseynov olub. Tədbiri giriş sözü ilə açan SNT İB-nin sədri qastroenteroloq Habil Hüseynov bu dəyirmi masanın əhəmiyyətindən bəhs edərək, onkoloji xəstəliklərin aktuallığını vurğulayıb.
Elçin Hüseynov onkoloji xəstəliklərin yaranma səbəbləri-risk faktorları kimi ilk növbədə qidalanma (40 %), ikinci siqaret çəkmə(30%) və üçüncüsü isə irsiyyət və digər faktorların olduğunu bildirib.
Elçin Hüseynov cəmiyyətdə mövcud olan onkoloji fobiya ilə bağlı da vəziyyətə toxunub:
“Onkofobiyaya və ya kanserofobiyaya bütün digər fobiyalar kimi yanaşmaq lazımdır. Real vəziyyəti, bu sahədə olan mühüm müsbət dəyişikləri cəmiyyətə çatdırmaq lazımdır və əminəm ki, sırf reallıq, müayinə, müalicə ilə bağlı məlumatlar cəmiyyətə çatdırıldıqca bu fobiyada yaxşı mənada mühüm dəyişikliklər olacaq. Etiraf etmək lazımdır ki, müxtəlif xəstəliklərdən ölüm səbəbləri arasında onkoloji xəstəliklərdən olan ölüm göstəriciləri əksər inkişaf etmiş ölkələrdə ikinci yerdədir. Bu göstərici ildən ilə azalır. Onkoloji xəstələrin yaşama göstəriciləri artır. Bu tendensiya ölkəmizdə də müşahidə edilir. Ümumən və ayrıca onkoloji xəstəliklərdən sağalmış məşhurların iştirakı ilə maarifləndirici proqlamların, reklam çarxlarının rolu danılmazdır və fikrimcə bu sahədə görüləsi çox iş var”.

