Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Onlayn ticarət edənlərə PİS XƏBƏR: Hesablarınızı oğurlayıb, pullarınızı çəkə bilərlər – AÇIQLAMA

05.03.2020 11:40

İllərdir ki, bütün dünya bankları haker hücumuna məruz qalır. Bu hal ölkəmizin bank sistemində də baş verib. Bu kimi hücumların olacağını bilə-bilə bank sistemi hakerlərin əməllərindən necə qorunur? Ölkədəki banklar bu hücuma nə dərəcədə davamlıdır?

Об этом сообщает Футляр от виолончели

Bu sualların cavabını A24.Az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli və Milli İnternet Formunun prezidenti Osman Gündüz verib.

İqtisadçı Natiq Cəfərli bildirib ki, bu cür hücumlar təkcə banklar üçün yox, şirkətlər üçün də təhlükəlidir:

“Dəfələrlə müşahidə olunub ki, erməni hakerləri saytlara hücum edib. Bu günə qədər Azərbaycanda bununla bağlı vahid konsepsiya işlənib hazırlanmayıb. Saytlara, banklara hücum olur. Hətta bir neçə il bundan öncə məşhur hadisə də olmuşdu. Bankdan vəsaitlər oğurlanmışdı. Nə maliyyə tərəfindən, nə də ki, insanların şəxsi məlumatlarının qorunması baxımından ciddi bir yanaşma təəssüf ki, yoxdur. Bu baxımdan zəif qorunur. Saytların bazaları xarici data bazalarda yerləşdirilib. Çünki Azərbaycanda hələ də bunun infrastrukturu çox zəifdir. Amma elə imkanlar, əlaqələr qurmaq lazımdır ki, xaricdə yerləşməsindən aslı olmayaraq, bir neçə pilləli təhlükəsizlik qaydasına əməl olunsun.

Banklardan vəsaitin çəkilməsi və ya yaxud da müştərilərin şəxsi məlumatlarının oğurlanmasına yol verilməsin. Bunun üçün vahid bir konsepsiya hazrlamaq lazımdır. Amerikada, Avropada, Rusiyanın özündə də məhz bu yolla addımlar atırlar. Son zamanlar rus hakerlərinin siyasi proseslərə, seçkilərə belə müdaxiləsi dünyada baş verir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda elektron sistemlər hakerlərin hücumundan sığortalanmayıb.

Bank kartı ilə onlayn alış-veriş zamanı hansısa bir təhlükə varmı? Xakerlər bu zaman bank hesabına müdaxilə edə bilərlərmi?

Bu sualları cavablandıran iqtisadçı qeyd edib ki, müxtəlif haker proqramları ilə bu mümkündür.

“Amma banklar ən azından təhlükəsizlik qaydalarına əməl etməlidir. Hər dəfə hesabda əməliyyat olunduqda müştəri anında məlumatlandırılmalıdır. O məlumatlar təsdiq olunduqdan sonra vəsaitin çıxışına icazə verilməlidir”.

Bankların özündə problem olduğu üçün hakerlərin hücumuna məruz qalır. Banklarda boşluqlar olduğuna görə, müxtəlif haker qrupları tərəfindən istifadə edilir.. Onlayn alış- veriş etdikdə bank da, alış-veriş etdiyiniz sayt da məlumatlarınızı qorumalıdır. Bankların da məsuliyyəti var. Bununla yanaşı vətəndaşlar da diqqətli olmalıdırlar. Çünkü müxtəlif vasitələrlə kompüterlərə müdaxilə etdikdə, hakerlər verilən məlumatı ala və ya sızdıra bilərlər. Ona görə vətandaşlarla bərabər bankların da ciddi məsuliyyəti var. Bank hər əməliyyatla bağlı müştəriyə anında məlumat verməlidir”, – deyə iqtisadçı əlavə edib.

Bankların onlayn alış –veriş zamanı baş vermiş haker hücumuna görə məsuliyyətindən söz açan ekspert vurğulayıb ki, Azərbaycanda bankla bağlanan bütün müqavilələrdə, məsuliyyətin yükü, ağırlığı vətəndaşın çiyninə düşür:

” Hərdən elə müqavilələr imzalayırlar ki, bəzən hüquqşünaslar belə onu anlamaqda çətinlik çəkir. Məhkəməyə müraciət etdikdə banklar o müqaviləni əsas gətirirərək, məsuliyyəti müştərilərin üzərində olduğunu sübut eləməyə çalışırlar. Əslində o müqavilələr tipik müqavilələrdir. Elə olmalı deyil. Fərdi müqavilələr sistemi olmalıdır. Vətandaşlarla yanaşı banklar da o müqavilələri imzalayarkən məsuliyyət daşımalıdır. Müştərinin bütün hesablarına və hesab əməliyyatlarına onlar cavabdehlik daşıyır. Banklarda həm də anında məlumatlandırma sistemi olmalıdır”.

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən Milli İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, son dövlərdə bu istiqamətdə təhlükəsizlik qüvvələri gücləndirilib:

” Banklar yeni texnologiyalardan istifadə edir. Təhlükəsizliyin qorunması istiqamətində xüsusi addımlar atılıb. Amma müşahidələr göstərir ki, belə problemlər zaman-zaman olur. Çox müştərilər şikayətlənir ki, kartlardan icazəsiz pullar çıxarılır, onların xəbəri olmadan ödənişlər olur. Düşünmürəm ki, bunun bütün səbəbləri bankla bağlı ola bilər. Çünki belə hallar bəzən istifadəçinin təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə yaranır.

İnternetdə elə saytlar, elə resurslar var ki, onlar başqa saytın eynisidir. Məsələn, elə bir sayta daxil ola bilərsizniz ki, o “Amazon”un və ya başqa bir saytın eynisi olsun.  LakindDiqqətlə fikri versəniz, görərsiniz ki, sanki öz bank hesabınıza daxil olursunuz.”.

Minirə Qubatova / A24.az