Önündə şəkil çəkdirdiyi Bukingem sarayına gəlin köçür
05.03.2020 11:40Şahzadə Diananın kiçik oğlu şahzadə Harri və sevgilisi aktrisa Meqan Markle bir neçə gün öncə nişanlanıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, aktrisa həm əsilzadə ailəsindən deyil həm də bir dəfə evli olub.
Kraliyət ailəsinin dəcəl şahzadəsi Harri ilə münasibətdə olan aktrisa, bütün diqqətləri üzərinə çəkməyi bacarıb. Dünya mediası Marklenin uşaqlıq və gənclik fotolarını ortaya çıxarıb.
Aktrisa dostları ilə 1996-cı ildə Avropa turuna çıxıb və həmin dövrlərdə onun 15 yaşı varmış. Markle səyahəti zamanı kraliyət ailəsinin yaşadığı Bukingem sarayının önündə şəkil də çəkdirib. İndi isə həmin saraya şahzadə olaraq girəcək.
Tezliklə aktrisa kariyerasını başa vuracaq Meqan, bu yaz gerçəkləşdiriləcək toy mərasimi ilə kraliyət ailəsinin üzvü olacaq.
Nərmin Kərim, A24.Az

